"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2010
M T W T F S S
« Nov   Jan »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Arxiv

Partnyorlarımız

Ermənistanda xəstə məhkumlar qiyam qaldırıb

Ermənistanda “Məhkumlar üçün xəstəxana” cəzaçəkmə müəssisəsində 15 məhkum qiyam qaldırıb və aclıq aksiyasına başlayıb. “168 saat” qəzetinin məlumatına görə, QİDS və digər xəstəliklərdən əziyyət çəkən məhkumlar aclıq üçün yer ayrılmadığından xəstəxananın damına çıxıblar. Onlar yalnız ədliyyə naziri Gevork Danielyanla görüşdən sonra damdan eniblər.
Aclıq aksiyasından əvvəl məhkumlar Cəza-İcra İdarəsinin rəisi Ayk Arutunyana müraciət edərək cəzaçəkmə yerlərində ölüm hallarının artdığını nəzərə çatdırıblar və müalicələrinin təmin olunması tələbini irəli sürüblər. A. Arutunyan məhkumlarla görüşüb və müalicəyə güclərini çatmadığını deyib. Məhkumlar belə vəziyyətdə qalmağın mümkün olmadığını söylədikdə idarənin işçiləri onlara özlərini asmağı məsləhət görüblər.
Etiraz aksiyası və nazirin müdaxiləsindən sonra Cəza-İcra İdarəsi məhkumların tələblərinin yerinə yetiriləcəyinə söz verib.

Mənbə: APA İA

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO