"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Həbsxanada qadınlar necə yaşayırlar (Ukrayna)

Cəzaların icrası üzrə dövlət departamenti Kaçanov islahedici koloniyada açıq qapı günü təşkil etmişdir. Onlar həmişə fərəhləndiklərini nümayiş etdirilər. Lakin rəsmilərdən heç kəs gizlətmir ki, hal-hazırda bura ən yaxşı qadın koloniyasıdır. Jurnalistlər axtarmırdılar, KİV-in nümayəndələri bu ərazidə hətta bağlı qapılar ətrafında sərbəst şəkildə hərəkət edə bilirdilər və xahiş əsasında heç bir problemsiz təcridxanaların qapıları açılırdı.
54 N-li Kaçanov islahedici koloniyası ilk dəfə məhkum olunmuş, ehtiyatsızlıq ucbatından, kiçik və orta ağır cinayət törətmiş qadınların saxlanılması üçün ümumi şəraitli minimum təhlükəsizliyə malik müəssisədir. 2010-cu sentyabr ayına əsasən həmin müəssisədə 717 məhkum saxlanılır.
Kaçanov İK 1943-cü ildə təsis edilmişdir. Onun ərazisində iki mağaza fəaliyyət göstərir. Birinci mağazada məhkumlar geyim məhsulları hazırlayır: uniformalar və iş geyimləri, köynəklər və gecə geyimləri, papaqlar.
İkinci mağazada isə kətandan çantalar və digər məhsullar, ağac və betondan müxtəlif məhsullar hazırlanır.
Məhkumların əmək haqqı işləmək istəklərinə görə 400-lə 2000 qrivna arasında dəyişir.
İK-da həmçinin yarım günlük fermada fəaliyyət göstərir. Məhbuslar burada dovşanlar, cücə və qazlar yetişdirirlər. Koloniyada kürə yerləşir ki, bunun vasitəsilə koloniyanı gündəlik ehtiyacı olan 500 kümbə çörək ödənilir.
Hər bir məhkum lazımi məhsulları mağazadan əldə edə bilər. Əgər orada yoxdursa, o, istədiyi məhsulu sifariş verməkdə sərbəstdir.
Həmin ərazidə eksklüziv olaraq qadın əlləri ilə hazırlanmış kilsə yerləşir. Sadəcə günbəzi kişilərin koloniyasında hazırlanmışdır.
Məhkumların məskunlaşdığı otaqlar pioner düşərgələrindəkilərə bənzəyir. Ayaq yolunda təmir işləri aparılmışdır və bəzi Kiyev müəssisələrindəkindən daha yaxşı təəssürat bağışlayır.

Ailə ilə görüş iki yolla mümkündür:
– Standart zəng sistemi. İki dəsətk və şüşədən visual görünüş
– görüş üçün otaqlar

Məhkum və ya baş çəkənlər otaq növlərini özləri seçə bilərlər. “Lüks” otaqlarda mətbəx, TV, yataq vardır. Bu otaqlar 60 qrivna, adətən baş çəkmək üçün 30 qrivnadır.
2006-cı ildən bəri Kaçanov Təhsil Mərkəzi öz işinə başlamışdır. Hal-hazırda 6 məhkum ixtisasları üzrə kursları bitirmişlər: dərzi, bənna, ev rəgləyən və s. Hər ay KİV 180-210 arası məzunu yola salır. Ən çox tələb olunan peşə dərzidir, çünki dövlət sifarişlərinin çoxu bu istiqamətdə gəlir və azadlığa buraxıldıqdan sonra iş tapmaq daha asandır.
Koloniyanın ərazisində fəalliyyət göstərən muzey də yerləşir. Müəssisə təsis olunandan etibarən çəkilmiş şəkillər toplanılır və burada nümayiş etdirilir.

Mənbə: www.delo.ua

Təqvim

September 2010
M T W T F S S
« Aug   Oct »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO