"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

February 2010
M T W T F S S
« Jan   Mar »
1234567
891011121314
15161718192021
22232425262728

Arxiv

Partnyorlarımız

Azərbaycanda ölüm cəzasının ləğvindən 12 il ötür

Azərbaycanda ölüm cəzasının ləğvindən bu gün 12 il ötür və ekspertlər ölüm cəzasının ləğvini müsbət qiymətləndirir.
1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası ləğv olunub. Azərbaycan Avropa Şurasına üzv olmadan öncə ölüm hökmünü ləğv edərək, barələrində belə hökm çıxarılmış insanların cəzasını ömürlük həbs cəzası ilə əvəzlədi. ABŞ-da və Avropa Şurasının üzvü olan bir sıra dövlətlərdə hələ də ölüm cəzası qüvvədə qalır.
Cinayət Məcəlləsinin 57-ci maddəsinə görə, ömürlük azadlıqdan məhrumetmə cəzası yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.
Məlum qərara görə, cinayət edənədək on səkkiz yaşına çatmayan şəxslərə və qadınlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmir. Ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında on beş ildən çox, lakin iyirmi ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzası bütün cəza müddətində həbsxanada saxlanılmaqla təyin olunur. Ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilən şəxs barəsində cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiq edilməsi məsələsini məhkəmə həll edir. Bu barədə qərar qəbul edən hakimlərdən biri xüsusi rəydə qalarsa, şəxsə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz.
Azərbaycanda bu cəzaya məhkum olunmuşlar Qobustan Qapalı Həbsxanasında cəza çəkir.
Ölüm cəzası ləğv olunan zaman Azərbaycanda ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 127 məhkum olub. Qeyri-rəsmi məlumatlara görə, hazırda onlardan 80 nəfərə yaxını həbsxanada cəza çəkir.
Penitensiar Xidmətdən bildirilib ki, Qobustan həbsxanasında ölüm cəzasının ləğvindən sonra məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilmiş 200-ə yaxın məhkum cəza çəkir.
Ölüm cəzası dəyişdirilərək ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar iddia edir ki, cinayət qanununun zamana görə qüvvəsinə dair hüquq prinsipi və 2000-ci il sentyabrın 1-nə qədər qüvvədə olmuş Cinayət Məcəlləsinin tələblərinə əsasən, onlara məhkəmə yoluyla 15 il azadlıqdan məhrumetmə cəzası kəsilməli və yaxud prezidentin əfv fərmanı qaydasında uzağı 20 il azadlıqdan məhrumetmə cəzası verilməli idi.
Ali Məhkəmənin hakiminin sözlərinə görə, ölümə məhkum olunmuş şəxslərin barəsindəki hökmlərdə onlara azadlıqdan məhrumetmə cəzasının verilməsinin qeyri-mümkünlüyü əsaslandırılıb.
“Həmin hökmlərdə bu şəxslərə azadlıqdan məhrumetmə cəzasının verilməsinin mümkünsüzlüyü əsaslandırılıb. Onlar barəsindəki hökmlər qüvvədədir və ona görə də, həmin şəxslərə müddətli cəza verilə bilməz. Ömürlük azadlıqdan məhrumetmə cəzası olüm cəzasından yüngül cəzadır və bütün hallarda onların cəzaları yüngülləşib”,- hakim vurğulayıb.
Hakim bildirib ki, Cinayət Məcəlləsinin 57-ci maddəsinin tələbinə görə, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrumetmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gəlinərsə, ömürlük azadlıqdan məhrumetmə cəzası 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə əvəz edilə və ya o bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə bilər.

Mənbə: Trend.az

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO