"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2009
M T W T F S S
« Nov   Jan »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Arxiv

Partnyorlarımız

Qənimət Zahidin Müalicə Müəssisəsinə köçürülməsində problem olmayacaq

“Əgər həkimlər Qənimət Zahidin Müalicə Müəssisəsində müalicə olunması qənaətinə gəlsələr, heç bir problem olmayacaq”.
Bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov bildirib.
F. Qurbanov qeyd edib ki, hər cəzaçəkmə müəssisəsində tibb xidməti var, tibb xidmətləri ixtisaslaşdırılmış həkimlərlə təmin olunub: “Ehtiyacı olan hər bir məhkum isə Müalicə Müəssisəsinə köçürülür və yüksək səviyyədə tibbi yardım alır”.
Qeyd edək ki, Ombudsman Elmira Süleymanova “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin səhhətində yaranan problemlərlə bağlı Müalicə Müəssisəsinə köçürülməsi üçün Ədliyyə Nazirliyinin Baş Səhiyyə İdarəsinə müraciət edib.

Mənbə: APA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO