"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2009
M T W T F S S
« Nov   Jan »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Arxiv

Partnyorlarımız

Ombudsman Aparatının əməkdaşları Qobustan həbsxanasında araşdırma aparıblar

Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan qapalı həbsxanasında olub, bir sıra məhkumlarla görüşüb, onların vəziyyətini öyrəniblər. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, digər məhkumlarla yanaşı, ömürlük həbs cəzasına məhkum olmuş və aclıq aksiyası keçirən Vüqar Əliyevlə də söhbət aparılıb. O, aclıq aksiyası keçirməsinə səbəb kimi, barəsində çıxarılmış hökmdən narazı qaldığını söyləyib.
Araşdırma zamanı məlum olmuşdur ki, V. Əliyev dekabrın 7-dən həbsxana rəisinə rəsmi olaraq ərizə ilə müraciət edərək aclıq aksiyasına başladığını bildirib. Məhkumun ərizəsi nəzərə alınaraq, o, təkadamlıq kameraya köçürülüb və aksiyanı davam etdirir.
V. Əliyev Apellyasiya Məhkəməsinin hökmündən kassasiya şikayəti verməsi ilə bağlı məsələnin yubadılması səbəbindən hüququndan məhrum edilməsinə də etiraz olaraq aclıq keçirdiyini qeyd edib, bununla əlaqədar Baş prokurora ünvanladığı müraciətə cavab verilmədiyini söyləyib. Ombudsmanın nümayəndələri məhkumun məsələsi ilə bağlı müəssisədən lazımi arayışlar götürüb və onun ərizəsinin cavablandırılması məsələsinin araşdırılması ilə bağlı Müvəkkil tərəfindən Baş prokurora müraciət edilib.
Aparatın əməkdaşları V. Əliyevin səhhətini nəzərə alaraq, aksiyanı dayandırmağı tövsiyə ediblər, lakin o, aclığı dayandırmayacağını söyləyib. Eyni zamanda müəyyən edilmişdir ki, V.Əliyevin səhhəti həkim nəzarətindədir. Ombudsmanın nümayəndələri bu nəzarətin daha da gücləndirilməsini həkimə tövsiyə ediblər.
Bildirilib ki, ömürlük həbs cəzasına məhkum olunmuş digər şəxslərin qaldırdığı bəzi məsələlər, o cümlədən sanitar-tibb hissəsinə yerləşdirmə, Penitensiar Xidmətin müalicə müəssisəsinə göndərilmə, kameranın dəyişdirilməsi məsələləri yerində həll edilib.

Mənbə: APA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO