"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2009
M T W T F S S
« Nov   Jan »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Arxiv

Partnyorlarımız

Gələn il Şəkidə və Lənkəranda qarışıq tipli penitensiar müəssisələrin inşası başa çatacaq

“Cəzaçəkmə müəssisələrinin paytaxt Bakıdan çıxarılması düzgün siyasətdir. Bu gün demək olar ki, bütün cəzaçəkmə müəssisələri Bakı şəhərindədir”. APA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov bildirib. Onun sözlərinə görə, regionlarda cəzaçəkmə müəssisələrinin tikilməsinə 2007-ci ildən başlanılıb: “Həmin il Naxçıvan Muxtar Respublikasında qarışıq tipli penitensiar kompleks tikilib istifadəyə verildi. Zabratda tam müasir standartlara cavab verən Bakı İstintaq Təcridxanası inşa olundu. Hazırda Şəkidə və Lənkəranda qarışıq tipli penitensiar komplekslərin inşası gedir. Gələn il bu müəssisələrin inşası başa çatacaq.
Qobustanda yerləşən həbsxananın köçürülməsi üçün isə Qaradağ rayonunun Umbakı qəsəbəsində yeni həbsxananın inşasına başlanıb. Bu prosesin əsas məqsədi bundan ibarətdir ki, ailələrin, yaxınların məhkumlara baş çəkməsi asanlaşsın, penitensiar müəssisələr Avropa standartlarına uyğun şəkildə təşkil olunsun”.
F. Qurbanov deyib ki, yeni tikilən müəssisələrdə məhkumlara daha geniş imkanlar yaradılır: “Yeni müəssisələrin yaradılması ilə köhnə müəssisələr ləğv olunur. Gəncədə və digər regionlarda da belə müəssisələr tikiləcək. Zabratda yetkinlik yaşına çatmayanların və qadın məhkumların saxlanması üçün də tərbiyə müəssisələrinin inşası aparılır. Təbii ki, bu, adları çəkilən müəssisələrin ləğvi ilə nəticələnəcək”.

Mənbə: APA

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO