"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2009
M T W T F S S
« Nov   Jan »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Arxiv

Partnyorlarımız

Ömürlük cəza almış məhkum aclığa başlayıb

Şəmkirin sabiq icra hakimiyyəti başçısının oğlunun qətlində günahkar bilinərək ömürlük azadlıqdan məhrum edilmiş məhkum aclığa başlayıb.
Məhkum Vüqar Əliyevin anası Məlahət İsmayılova çərşənbə axşamı Trend News-a bildirib ki, oğlu 5 gündür saxlandığı Qobustan qapalı həbsxanasında aclığa başlayıb. Ananın sözlərinə görə, oğlunun aclığa başlaması qanunsuz olaraq həbs olunması, barəsində ağır cəza təyin edilməsidir.
İsmayılova oğlunun səhhətində problemlər olduğunu, aclıq keçirdiyi müddətdə həkim nəzarətində saxlanmadığını, həbsxananın rəisinin tapşırığı ilə cərimə təcridxanasına salındığını deyib.
Şəmkir rayon icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanov 2003-cü ilin mayında qətlə yetirilib. Onun qətlinə görə Lamiyə Quliyeva və Vüqar Əliyev məsuliyyətə cəlb olunub. Quliyeva 10 il, Əliyev isə ömürlük azadlıqdan məhrum edilib.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Trend News-a bildirib ki, Əliyev dünən axşam aclığa başlaması ilə bağlı həbsxana rəhbərliyinə ərizə ilə müraciət edib.
“O, saxlanma şəraitindən narazılıq etmir. Şikayəti həddən ağır cəza alması ilə bağlıdır”, – deyə Sadıqov bildirib.

Mənbə: Trend.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO