"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2009
M T W T F S S
« Nov   Jan »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Arxiv

Partnyorlarımız

AFFA rəhbərliyi cəzaçəkmə müəssisəsində olub

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəhbərliyi və Azərbaycan milli komandasının üzvləri – Kamran Ağayev, Vaqif Cavadov və Ruslan Abışov bu gün “Yetkinlik yaşına çatmamış uşaqların cəzaçəkmə müəssisəsi”ndə olublar.
Federasiyanın mətbuat xidmətindən bazar ertəsi Trend News-a bildiriblər ki, AFFA nümayəndələrinin 2007 və 2008-ci ildə bu cəzaçəkmə müəssisəsində uşaqlarla görüşünü əks etdirən fotostendə baxdıqdan sonra assosiasiya rəhbərliyi və futbolçular onlara 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərini çatdırıblar.
AFFA-nın baş katibi Elxan Məmmədov buradakı uşaqları qarşıdakı bayramlar münasibətilə təbrik edərək məhbusların hamısının tezliklə azadlığa qovuşmasını arzulayıb.
AFFA tərəfindən məhbus uşaqlara futbol geyim dəstləri və toplar hədiyyə olunub.

Mənbə: Trend.az

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO