"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2009
M T W T F S S
« Nov   Jan »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Arxiv

Partnyorlarımız

Hüquq müdafiəçisi həbsdə olan jurnalistlə görüşüb

Dekabr ayının 9-u Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə “Bizim yol” qəzetinin Penitensiar Xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan əməkdaşı Müşfiq Hüseynovla görüşüb. Ç. Qənizadənin KİV-ə verdiyi məlumata görə, jurnalist vərəm xəstəliyindən əziyyət çəkir və artıq 50 gündür vərəm xəstələrinin 9 aylıq müalicə proqramı olan beynəlxalq DOTS layihəsinə qoşulub, ona “fibroz-kaverenus” diaqnozu təyin olunub. Hüquq müdafiəçisi bildirib ki, görüşdə M. Hüseynov çəkisinin düşdüyünü, iştahasızlıq yarandığını deyib, cəzaçəkmə müəssisəsinin əməkdaşlarından şikayət etməyib: “Müşfiq bildirdi ki, mətbuatda səs-küylü informasiyaların getməsinin tərəfdarı deyil. Əfv Komissiyasına da müraciət edib. Yaxın vaxtlarda azadlığa buraxılacağına ümid edir”.
Ç. Qənizadə hüquq müdafiəçiləri adından M. Hüseynovun azadlığa buraxılması üçün dövlət qurumlarına müraciət göndərdiklərini də söyləyib: “Arzu edirik ki, səhhətində ciddi problem olan jurnalist məhbusun adının əfv edilə biləcək şəxslərin siyahısına salınacaq”.
Ç. Qənizadə onu da bildirib ki, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin səhhətindəki problemlər də monitorinq qrupunu narahat edir.

Mənbə: APA İA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO