"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

May 2009
M T W T F S S
« Mar   Jun »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv

Partnyorlarımız

Məhkumlarla davranışa dair beynəlxalq standartlar sistemi

K.K. Səlimov
Beynəlxalq hüquq və Avropa
hüququ kafedrasının dissertantı

Azərbaycan Respublikasının hazırki Konstitusiyasında (Maddə 10) beynəlxalq hüquq normalarının qəbul edilməsi əsnasında digər dövlətlərlə qarşılıqlı əlaqələrin qurulması nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası azadlıqdan məhrumetmə yerlərində saxlanılan şəxslərin hüquqlarının gələcəkdə müdafiəsinə yönəldilən bir neçə beynəlxalq müqavilə imzalamış və təsdiqləmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq (Maddə 148) bu aktlar Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz hissəsidir. Onların hərtərəfli təhlili qanuni və normativ-hüquqi fəaliyyətə daxil edilmək məqsədilə, Azərbaycan Rerspublikası Konstitutiyasının tələbləri, eləcə də fərman və sərəncamlarından irəli gələn əsas məsələlərdən biridir. Məhkumlarla davranışa dair mövcud beynəlxalq aktlar sistemi bu sahədə davranış standartlarını özündə saxlayan cinayətə nəzarət üzrə beynəlxalq aktlar sisteminin bir hissəsidir.
Məhkumlarla davranışa dair beynəlxalq aktlarda göstərilən standartlar 4 əsasla bir neçə sinifə bölünməlidir: 1) fəaliyyətin miqyası; 2) ixtisaslaşma; 3) tətbiq edənlərin-dövlətlərin öhdəlikləri; 4) Avropa Məhkəməsinin qərarlarının icrası.
Fəaliyyətin miqyasına görə tədqiq edilən sferada bütün standartlar 2 qrupa bölünə bilər: universal və regional.
Universal standartlar BMT, regional standartlar isə Avropa Şurası, yaxud digər dövlətlər birliyi tərəfindən işlənib hazırlanmışdır. Bu halda isə onlar QUAM və MDB çərçivəsində hazırlana bilər.
İxtisaslaşmaya görə məhkumlarla davranışın universal standartlarından ibarət olan beynəlxalq aktlar 2 qrupa ayrılır: 1) məhkumlarla davranışın nizama salınması üçün xüsusi təyin olunmayan ümumi xarakterli aktlar, lakin bizi maraqlandıran ayrıca standartlar; 2) məhkumlarla davranış standartlarının şərhini öz məqsədi hesab edən ixtisaslaşdırılmış xarakterli aktlar. Bu təsnifin praktiki əhəmiyyəti ondan ibarətdir ki, məhkumlarla davranış standartlarının axtarışı zamanı o yalnız ixtisaslaşıdırlmış beynəlxalq aktlara deyil, ümumi xarakterli aktlara da istiqamətlənir.
Tətbiq edilən ölkələrin öhdəliklərinə görə baxılan standartları 2 əsas hissəyə bölmək olar: 1) mütləq normalar-prinsiplər və ümumi müddəalar; 2) mütləq xarakter daşımayan konkret standartlar-tövsiyyələr. Bu təsnifin zəruriliyi onunla əlaqədardır ki, mütləq normaları tövsiyyə xarakterli normalardan ayırmaq mümkün olsun. Əgər standart-prinsiplər və ümumi müddəalar müvafiq beynəlxalq normaları təsdiqləyən hər iki tərəf üçün mütləqdirsə, onda standart-tövsiyyələr onların həyata keçirilməsi üçün zəruri siyasi, iqtisadi və digər zəminlər səviyyəsində bu və ya digər dövlət tərəfindən tətbiq olunur.
Göstərilmiş təsniflərə əsaslanaraq, məhkumlarla davranışa dair mövcud beynəlxalq aktlar sisteminə BMT-nin qəbul etdiyi universal beynəlxalq aktları aid etmək olar.
I. Ümumi xarakterli aktlar:
– İnsan hüquqlarının Ümumi Deklarasiyası (1948-ci il);
– İqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq müqavilə (1966);
– Mülki və siyasi hüquqlara dair beynəlxalq müqavilə (1966);
– BMT bütün irqi diskriminasiya formalarının ləğv edilməsinə dair Bəyannamə (1966);
– İnanc və ya dinin əsasında bütün dözülməzlik və diskriminasiya formalarının ləğv edilməsinə dair Bəyannamə (1981);
– İnsan Hüquqlarına dair Bəyannamə (1959);
– Əqli cəhətdən geri qalmış şəxslərin hüquqları haqqında Bəyannamə (1971);
– Şikəst şəxslərin hüquqları haqqında Bəyannamə (1975).

II. İxtisaslaşdırılmış aktlar:

Tədqiq olunan problemə birbaşa aid olan, xüsusən də minimal standartlar, məhkumlarla davranış qaydaları (1955);
-Bütün şəxslərin işgəncə və digər amasız, yaxud şəxsiyyəti alçaldan cəza növlərindən qoruması haqqında Deklarasiya (1975);
– Şəxslərin işgəncə və digər amasız, yaxud şəxsiyyəti alçaldan cəza növlərindən qoruması haqqında Konvensiya (1984);
-Hüquq qaydasına riayət etməklə vəzifəli şəxslərin davranışına dair Məcəllə (1979);
-Səhiyyə işçiləri, xüsusən də həkimlərin roluna aid olan məhkumların və ya saxlanılan şəxslərin işgəncə və digər amasız, yaxud şəxsiyyəti alçaldan cəza növlərindən qorunması haqqında tibbi etika prinsipləri (1982);
-Ölüm hökmünə məhkum edilmiş şəxslərin hüquqlarının qorunmasına zəmanət verən tədbirlər (1984);
-yetkinlik yaşına çatmayan məhkumların ədalət məhkəməsinə göndərilməsini nəzərdə tutan BMT minimum standart qaydaları (Pekin qaydaları0 (1985);
-Formasından asılı olmayaraq azadlıqdan məhrum edilən və ya saxlanılan bütün şəxslərin müdafiəsi prinsiplərinin külliyatı (1989);
-Azadlıqdan məhrumetmə cəzası ilə əlaqədar olmayan meyarlara dair BMT minimum standart qaydaları (Tokio qaydaları) (1990);
-Azadlıqdan məhrum edilmiş yetkinlik yaşına çatmayan şəxslərin müdafiəsinə aid olan BMT Qaydaları (1990);
-BMT-nin yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın aradan qaldırılmasına dair başlıca prinsiplər (Ər Riyad aparıcı prinsiplər) (1990);
Göstərilmiş beynəlxalq aktların təhlili göstərir ki, məhkumlarla davranışın 2 əsas sferası ilə bağlı olaraq onların fəaliyyətini işıqlandırmaq məntiqi olar: a) azadlıqdan məhrumetmə cəzası ilə əlaqədar olmayan meyarların tətbiqi; b) azadlıqdan məhrumetmə cəzasının icrası zamanı readaptasiya dövründə cəza çəkməkdən azad olunduqdan sonra. 2) Buraya həmçinin bu və ya digər qərarın verilməsi ilə bağlı olaraq dövlət üçün mütləq xarakter daşıyan Avropa Məhkəməsi və beynəlxalq məhkəmələrin qərarlarını daxil etmək lazımdır. Xeyli miqdarda spesifik prinsiplər, ümumi müddəalar və cəminin hər sferada standartların ayrıca araşdırılmasını tələb etdiyi konkret normalar tədqiq edilən istiqamətlərdə fəaliyyət göstərir.
Bu sahədə əsas standartlar məhkumlarla minimum standart davranış qaydaları və azadlıqdan məhrume dilmiş yetkinlik yaşına çatmayan şəxslərin müdafiəsinə dair BMT Qaydalarında mərkəzləşir. Onların əsas müddəalarının məzmununun üzərində dayanaq.
Tədqiq edilmiş standartların əsas müddəaları aşağıdakı ixtisas qruplarına bölünür:
-məhkumların cins, yaş və digər əlamətlərə görə cəza çəkmək üsulunun təşkilinə fərqli yanaşmanın həyata keçirilməsi məqsədi ilə qrupa bölünməsi;
-azadlıqdan məhrumetmənin proqressiv sisteminin cəzaşəkmə müddətində məhkumun davranışı və digər şəraitlərə əsaslanaraq həyata keçirilməsi və onun penitensiar qanunvericilikdə gücləndirilməsi.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO