"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

February 2009
M T W T F S S
« Jan   Mar »
 1
2345678
9101112131415
16171819202122
232425262728  

Arxiv

Partnyorlarımız

Konstitusiyaya ediləcək dəyişikliklər zamanın tələbidir

H.e.n., BDU-nin Beynəlxalq xüsusi hüquq və Avropa
hüququ kafedrasının dosenti Mehdiyev Novruz

Azərbaycan Respublikasının konstitusiyasının 7-ci maddəsində göstərildiyi kimi Azərbaycan dövləti demokratik, dünyəvi, unitar respublikadır və konstitusiyaya müvafiq olaraq dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Yenə kostitusiyanın 12-ci maddəsində göstərilir ki, insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu gün qarşıda duran 18 mart 2009-cu ildə konstitusiyada ediləcək əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumu təmamilə qanunauyğun, məntiqi hesab edə bilərik. Burada məqsəd birdir. Yəni insan və vətəndaşların hüquqlarının genişləndirilməsində və təminatında dövlətin üzərinə əlavə öhdəliklər qoymaqdır. Ona görə də 12-ci maddənin birinci hissəsinə vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi sözünün əlavə edilməsi dövlətin, insan və vətəndaşların hüquqlarına daha çox diqqət yetirdiyindən xəbər verir. Ümumiyyətlə ictimai münasibətlərin dinamik xarakterini nəzərə alsaq konstitusiyada edilən əlavə və dəyişikliklər təmamilə məntiqə uyğundur. Çünki nəzərə alsaq ki, prezidentli respublikanın klassik forması kimi ABŞ-da konstitusiyaya 27 əlavə və dəyişiklik olmuşdur. Amma edilən təkliflərin sayı beş mindən artıq olmuşdur. Avropanın digər prezidentli respublikalarında prezidentin səlahiyyət müddəti ilə bağlı referendum keçirilmiş və prezidentin səlahiyyət müddəti 5 il müəyyən edilməklə 2 dəfə seçilməsi nəzərdə tutulmuşdur. Parlamentli respublikalardan İtaliya respublikasında dövlət başçısının səlahiyyət müddəti 7 il nəzərdə tutulsa da başlanan konstitusiya islahatlarında gələcəkdə səlahiyyət müddətinin 5 ilə endirilməsi, 2 dəfə seçilməsi və yaş həddinin aşağı endirilməsi nəzərdə tutulmuşdur. Bu gün Azərbaycan respublikasının konstitusiyasında nəzərdə tutulan əlavə və dəyişikliklərin əksəriyyəti insan və vətəndaşların konstitusion hüquq və azadlıqlarının genişləndirilməsini və onların təminatını nəzərdə tutur. Xüsusilə qeyd olunur ki, hər kəsin üzərinə vəzifələr mövcud konstitusiya ilə qoyula bilər və ya dövlətin digər qanunları ilə müəyyən oluna bilər. Azərbaycan Respublikası şərqin ilk demokratik dövləti kimi tolerant bir ölkə kimi seçilir. Ona görə də təklif olunan əlavə və dəyişikliklərdə heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə, dini mərasimləri yerinə yetirməyə və iştirak etməyə məcbur edilə bilməz. Konstitusiyaya bundan başqa bir sıra digər əlavə və dəyişikliklər də nəzərdə tutulmuşdur.
Qeyd etmək lazımdır ki Azərbaycan respublikası torpaqlarının iyirmi faizinin işğal edilməsi ilə, Ermənistanla müharibə şəraitində yaşamağa məcburdur. Azərbaycan öz işğal olunmuş ərazilərinin geri qaytarılması və ərazi bütövlüyünün təmin olunması istiqamətində dönmədən fəal daxili və xarici siyasət yeritməkdə davam edir və həmin ərazilərin silah yolu ilə geri qaytarılmasına çalışır. 2008-ci il avqust ayında Gürcüstanla Rusiya arasında Cənubi Asetiya və Abxaziya münaqişəsində baş verən prosesslər göstərdi ki MDB məkanında dondurulmuş belə münaqişələrin daha çox həll yolu sülh yoludur. Bu istiqamətdə Azərbaycan respublikası prezidentinin apardığı xarici siyasət təmamilə məntiqə uyğundur və bu fəal siyasətin nəticəsində dünya dövlətlərinin tam əksəriyyəti və beynəlxalq təşkilatlar Azərbaycan respublikasının ərazi bütövlüyünü tanıyır. Bu siyasətin fəal iştirakçısı kimi və onun təminatçısı kimi İlham Əliyev cənablarının fəaliyyəti ümidvericidir. Bu baxımdan konstitusiyanın 101-ci maddəsinə edilən əlavə bu günün tələblərinə cavab verir. Belə ki müharibə şəraitində, yəni əgər hərbi əməliyyatların aparılması Azərbaycan respublikasında seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan respublikası prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır kimi dəyişikliyin edilməsi bu günkü reallıqlara tam cavab verir. Belə ki Azərbaycan respublikasının prezidenti və Azərbaycan dövləti münaqişənin dinc yolla və sülh yolu ilə nizama salınması üçün olduqca böyük işlər görmüşdür. Bu işlərin sona qədər müvəffəqiyyətlə həyata keçirilməsi üçün mövcud şəraitin nəzərə alınması vacibdir. Yəni bu işləri başlayan şəxsin onu sona qədər həyata keçirməsi üçün ona konstitusion imkanın verilməsi əsas şərtlərdən biridir. Bu nöqteyi nəzərdən prezidentin səlahiyyət müddəti ilə bağlı bu maddəyə edilən əlavəni təmamilə məntiqi hesab etmək olar. 18 mart 2009-cu ildə keçirilən referendumla bağlı onun predmetinə uyğun olaraq KİV-də və eləcə də ayrı-ayrı kollektivlərdə konstitusiyaya edilən əlavə və dəyişikliklərin mahiyyəti ilə bağlı geniş təbliğat işlərinə zərurət vardır. Çünki dəyişiklik edilən hər bir maddə ilə bağlı respublikada hər bir insan və vətəndaşı düşündürən suallara aydınlıq gətirilməlidir ki, referenduma qədər onlar bu məsələnin mahiyyətini tam dərk etsinlər, başa düşsünlər və referendumda öz iradələrini birbaşa həyata keçirə bilsinlər. Konstitusiya ali hüquqi qüvvəyə malik olan sənəd kimi insan və vətəndaşların hüquq, vəzifələr və azadlıqları özündə əks etdirir və dövlətin fəaliyyətini tənzimləyir.
Azərbaycan Respublikası konstitusiyasında insan və vətəndaşların hüquq və azadlıqları geniş şəkildə əks olunmuşdur, onlar dövlət tərəfindən elan olunmuşdur və dövlət tərəfindən konstitusiya ilə təmin olunur. Bu gün özünü demokratik dövlət adlandıran heç bir dövlət insan hüquq və azadlıqlarını konstitusiyada təsbit etməyə bilməz. Bu hüquq və azadlıqların necə təsbit edilməsindən başqa onların necə həyata keçirilməsindən və təminatında çox şey asılıdır. Əgər konstitusiyada qeyd olunan müddəalar real həyatda öz təminatını tapmazsa onda belə konstitusiya formal, qondarma konstitusiya olur. Bu gün biz tam əminliklə deyə bilərik ki Azərbaycan respublikasının konstitusiyasında əks olunan hüquqlar, azadlıqlar və vəzifələr cəmiyyətdə öz real təminatını tapmışdır. Ona görə də onu faktiki konstitusiya adlandırmaq olar. Azərbaycan respublikasıkonstitusiyasında əlavə və dəyişikliklər edilməsinin “sərt qaydası” nəzərdə tutulmuşdur. Belə ki, əlavə və dəyişikliklər edilməsi üçün ümumxalq referendumu keçirilməlidir. Bu Azərbaycan respublikası konstitusiyasının 3-cü maddəsində referendumla həll olunan məsələlərin siyahısına daxil edilmişdir. Konstitusiyada əlavə və dəyişikliklərin edilməsi dünya dövlətlərinin təcrübəsində mövcuddur və bu təmamilə məntiqidir. Belə ki cəmiyyətdə baş verən iqtisadi siyasi və sosial dəyişikliklər əsas qanundada dəyişikliklər edilməsini zəruri edir.
Dövlət inkişaf etdikcə öz vətəndaşlarının eləcə də vətəndaşlığı olmayan şəxslərin hüquqlarının genişləndirilməsi ilə və təminatı ilə bağlı müəyyən irəliləyişlər etməlidir. Bu baxımdan demokratik inkişaf yolunu tutmuş Azərbaycan Respublikası insan və vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsi ilə və təminatı ilə bağlı üzərinə götürdüyü öhdəliyi referendumda ediləcək bu əlavə və dəyişikliklərlə digər qaydada genişləndirirmiş olur və üzərinə əlavə öhdəliklər götürmüş olur. Buna görə də konstitusiyaya ediləcək əlavə və dəyişikliklər bu günün tələblərindən irəli gələn müsbət hal və zərurət kimi qəbul edilməlidir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO