"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

İranda daha 3 məhkum daşqalaq edilib

İrandakı mənbələrin bildirdiyinə görə, Məşhəd şəhərində 3 məhkumun daşqalaq üsulu ilə edam hökmləri icra edilib. Amma daşqalaq edilən məhkumlardan biri həyatını xilas edə bilib.
Daşqalaq qərarları Məşhəd şəhərinin “Beheşt Rza” adlı qəbiristanlığında icra edilib. Müxtəlif mənbələr daşqalaq edilənlərin Mahmud.M.Ğ., Huşəng.X. və Məhbubə adlı şəxslər olduqlarını bildirirlər. Həmin mənbələrin məlumatlara görə, daşqalaq hökümlərinin icrası zamanı əslən Əfqanistandan olan “Mahmud.M.Ğ” adlı məhkum özünü qurşağadək basdırıldığı çuxurdan çıxarmaqla xilas edib. Başqa iki məhkum isə daşqalaq nəticəsində ölüblər. Edamın ən dəhşətli üsullarından sayılan daşqalaq zamanı, qadın məhkumlar sinəyə qədər, kişi məhkumlar isə kəmərədək qabaqcadan hazırlanmış çuxurlara basdırılır və ətrafdakı insanlar məhkumlara daş atmaqla onları öldürməyə çalışırlar. Daşqalaq edilən hər-hansı bir şəxs, edamın icrası zamanı özünü basdırıldığı çuxurdan xilas edə bilərsə, onun həyatı bağışlanır.
İran rəsmilərinin iddialarına baxmayaraq, insan hüquqları müdafiəçiləri İranda insanların daşqalaq edilməsinin davam etdirildiyini bildirir.
Onların dediyinə görə, son vaxtlarda İranda 6 məhkumun barəsində daşqalaq qərarları icra edilib. Hüquq müdafiəçiləri, daşqalaq edilərək öldürülənlərin “Məhbubə”, “Abbas.H”, “Cəfər.K”, “Huşəng.X” və kimliyi məlum olmayan başqa bir məhkum olduğunu bildirirlər.

Mənbə: www.voanews.com

Təqvim

January 2009
M T W T F S S
« Nov   Feb »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO