"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycanda 13 minə yaxın məhkum var

“Hazırda Azərbaycanda 13 minə yaxın məhkum var. Bu il respublikamızın cəzaçəkmə müəssisələrində 6 məhkum dünyasını dəyişib.
Onlardan 3-ü Qobustan həbsxanasında vəfat edib. Lakin bu böyük say deyil və Avropa ölkələrinin həbsxanalarının hər birində il ərzində 20-yə yaxın ölüm hadisəsi olur. Dünyasını dəyişən məhkumların əksəriyyəti ruhi problemi olan məhkumlardır”.
Bu barədə jurnalistlərə Penitensiar Xidmət rəisi Nazim Ələkbərov məlumat verdi. Onun sözlərinə görə, hazırda məhkumların əsas narazılığı cəzalarının dəyişdirilməsi ilə bağlıdır: “Ömürlük həbs cəzasına məhkum edilən dustaqlar cəzalarının 15 illə əvəzlənməsini istəyir. Lakin bunun bizim idarəyə aidiyyatı yoxdur və onlar məhkəməyə müraciət etməlidirlər”. N.Ələkbərov hazırda 3 cəzaçəkmə müəssisəsinə rəis təyin olunmadığını qeyd etdi: “5 saylı həbsxanada məhkum qaçmağa cəhd göstərmişdi. 12 saylı müəssisədə isə məhkum qaça bilsə də, onu 24 saat ərzində həbs edib istintaq təcridxanasına qaytardılar. Buna görə də hər iki həbsxananın rəisi işdən azad edilib. Qobustan həbsxanasının rəisi isə işdə yol verdiyi nöqsanlara görə, vəzifəsindən çıxarıldı”. Xidmət rəisi 2007-ci ildə yeni həbsxanaların tikintisinə başlanacağını qeyd etdi: “Qobustan həbsxanasının köçürülməsi üçün Umbakı yolunda yer ayrılıb. Tikiləcək yeni kameraların hər birində məhkumların gəzintisi üçün yer olacaq. Eyni zamanda regionlarda da həbsxanalar tikiləcək”.

Mənbə: www.azeroo.com

Təqvim

January 2009
M T W T F S S
« Nov   Feb »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO