"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Hesabat

9 saylı qarışıq rejimli Cəzaçəkmə Müəssisəsində monitorinq müəssisənin əməliyyat-rejim işləri üzrə rəis müavini ədliyyə mayoru Mayıl Məmmədovun iştirakı ilə aparıldı.
Müəyyən olundu ki, monitorinq keçirilən tarixdə müəssisədə 207 (iki yüz yeddi) nəfər məhkum cəza çəkir. Məhkumlar 6 dəstəyə bölünüb. Məhkumlardan 2 (iki) nəfər isə Müalicə Müəssisəsinə köçürülmüşdür. Müəssisədə peşə və ümumi orta təhsil məktəbi yoxdur. Müəssisədə istehsalat müəssisəsi yoxdur. Təsərrüfat briqadasında 18 məhkum çalışır.
Monitorinq zamanı məlum oldu ki, müəssisədə ümumi vəziyyət normaldır. Müəssisə yaxşı təmirlidir, müasir avadanlıqlarla təmin edilib. Müəssisənin asfalt örtüyü normaldır. Monitorinq keçirilən tarixdə müəssisənin cərimə təcridxanasında məhkum saxlanılmırdı. Karantində 1 məhkum saxlanılırdı. Müəssisənin tibb hissəsində 12 nəfər müalicə olunurdu. Monitorinq zamanı müəyyən olundu ki, elektrik və su təchizatı daimidir. Müəssisənin qaz təchizatı yox dərəcəsindədir. Yataqxanalar müasir tipli kondisionerərlə təmin edilib.
Monitorinq zamanı müəssisədəki su kranları yoxlandı və aşkar olundu ki, müəssisənin demək olar ki hər bir yerinə su bərabər şəkildə verilir. Müəssisədə su quyusu var. Müəssisədə 3 ədəd su çəni və su anbarı(yüz ton su tutur.) var
Camaşırxanada paltar yuyan və qurulayan maşınlar və dezinfeksiya qurğusu yoxdur. Paltarlar ütülənir. Monitorinq zamanı müəyyən olundu ki, müəssisədə 8 (səkkiz) uzunmüddətli görüş otağı var. Görüş otaqlarına getmək istəyəndə bizə bildirildi ki, orda ailələr var və içəri girsəniz narazıçılıq olacaq. Qısa müddətli görüş otaqları stol, stullarla təchiz olunub və normal vəziyyətdədir.
Müəssisənin kitabxanasının vəziyyətini qənaətbəxş səviyyədə hesab etmək olar. Kitabların sayı 2000 ədədə yaxındır. Kitabxana 6 adda qəzet və 3 adda jurnalı mütəmadi alır. Müəssisənin klubunun vəziyyəti əladır. İbadət otağında vəziyyət tamamən ürəkaçandır. İbadət otağında 70-80 ədəd dini kitab var idi. Müəssisədə bərbərxana və çəkməçi fəaliyyət göstərir. Müəssisədə dərzi yoxdur.
Müəssisənin tibb hissəsində aptek, stomatologiya otağı, ordinator, məhkuma ilkin tibbi yardım göstərilməsi üçün otaqlar, mətbəx, hamam, tualet var. Aptekdə dərmanların çeşidi və miqdarı normal vəziyyətdə idi. Tibb hissəsində 4 palata var. Monitorinq aparılan zaman tibb hissəsində məhkum Hacıyev Ramiz Kamal oğlu 1 aydan çox tibb hissəsində olduğunu bildirdi. Biz həkimdən soruşduqda ki, məhkum nə üçün Müalicə Müəssisəsinə keçirilməyib, o cavab verdi ki, məhkumun vəziyyəti yaxşıdır. Müalicə Müəssisəsinə özü getmək istəmir.
Müəssisədə monitorinq aparılarkən məhkum Hüseynov Akif Əsəd oğlu bizə yaxınlaşaraq bildirdi ki, o şəkərli diabed, epilepsiya, ürək-damar çatışmamazlığı və s. xəstəliklərdən əziyyət çəkir, lakin müəssisə onu müvafiq dərman və dietik qidalarla təmin etmir.
Müəssisədə 6 (altı) yataqxana korpusu var. Müəssisədəki yataqxanaların ölçüləri və oradakı məhkumların sayı uyğun gəlir. Yataqxanaların, demək olar ki, hamısında məhkumların yataqları üzərində onlar barədə məlumatları əks etdirən birkalar var. Karantində 2 nəfərlik yataq otağı, hamam və tualet var və ümumilikdə təmirlidir və müasir avadanlıqlarla təmin edilib. Cərimə təcridxanasında 5 kamera tipli otaq var. Otaqlar normal təmirlidir.
Ərzaq anbarını görə bilmədik. Bizə bildirdilər ki, anbardar yoxdur. Yemək hazırlanan yerə aid anbarda və digər anbarlarda ərzaq məhsulları normal şəkildə boşaldılıb və saxlanılır. Nahar yeməyinə makaron şorbası və buğda sıyığı hazırlanmışdı. Mətbəxdə 1 (bir) ədəd elektrik qazanı var. Gün ərzində mətbəxdə 3 (üç) nəfər işçi(1 aşpaz və 2 köməkçi) personal çalışır. Günə hər məhkuma bir çörək verilir. Nahar yeməyinin keyfiyyəti və miqdarı normal idi.. Məhkumların nahar fasiləsi vaxtı yeməkxanada demək olar ki, məhkumlar yemək yemirdilər və əksər məhkumlar özünəxidmət mətbəxində nahar edirdilər. Özünəxidmət mətbəxində vəziyyət normal idi. Özünəxidmət mətbəxində məhkumların ərzaqları saxlanılması üçün 10 ədəd soyuducu var idi.
Müəssisədə siqaret çəkmək üçün xüsusi besetkalar var idi. Müəssisənin asfalt örtüyü, binaların dam örtüyü və ümumi təmiri orta səviyyədədir. Müəssisədə idman zalı var, amma fəaliyyət göstərmir.
Müəssisədəki hamam yaxşı vəziyyətdədir. Karantində və tibb hissəsində saxlanılan məhkumlar üçün hamam normal vəziyyətdədir. Müəssisədəki tualetlər normal vəziyyətdədir.
Monitorinqi apardılar:

Vasif MİRZƏYEV
Tural MƏMMƏDOV

25 dekabr 2008-ci il

Təqvim

January 2009
M T W T F S S
« Nov   Feb »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO