"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Press-reliz

Hüquq-müdafiə təşkilatları ilə qarşılıqlı fəaliyyətin təşkili, habelə, penitensiar sistemdə ictimai nəzarətin tənzimlənməsi məqsədilə “Məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi Qaydaları” işlənib hazırlanmış, Ədliyyə nazirinin 25 aprel 2006-cı il tarixli Əmri ilə təsdiq olunmuşdur.
Seçki Komissiyasının 11 noyabr 2008-ci il tarixdə keçirilmiş iclasında İctimai Komitənin 11 nəfərdən ibarət yeni tərkibi formalaşmışdır.
İctimai Komitənin yeni tərkibinin səlahiyyət müddəti 11 noyabr 2009-cu ildə başa çatacaqdır. Yeni tərkibə aşağıdakı hüquq müdafiəçiləri daxil edilmişdir: Zəlihə Tahirova, İradə Cavadova, Çingiz Qənizadə, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Elmari Məmişov, Elçin Behbudov, Elmira Ələkbərova, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Kamil Səlimov. Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin sədri, Hüquq Elmləri Doktoru, Professor Kamil Səlimov 2006-cı ilin sentyabr ayında Ədliyyə Nazirliyi yanında Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin ilk koordinatoru seçilmişdi. Yanvarın 9-da İctimai Komitənin üçüncü tərkibi ilk dəfə iclas keçirmişdir. İclasda yeni tərkibə seçilən şəxslərə vəsiqələr təqdim olunub, qarşıda duran vəzifələr müzakirə edilib. İclasa ənənəyə uyğun olaraq Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə əlaqə İdarəsinin rəisi Faiq Qurbanov sədrlik etmişdir. Faiq Qurbanov İctimai Komitənin yeni tərkibini elan etmişdir.
Xatırladaq ki, Ədliyyə Nazirliyi yanında Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitə 2006-cı ildə yaradılıb. Adı çəkilən Komitənin yaradılması təşəbbüsü ilə, ilk dəfə “Azadlıqdan Məhrumetmə Yerlərinin müşahidəsi” İctimai Birliyi çıxış etmişdir.

Təqvim

January 2009
M T W T F S S
« Nov   Feb »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO