"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Obama Quantanamonu dərhal bağlayacaq

Yeni prezidentin bu barədə qərarı, hətta andiçmə günü verəcəyi gözlənilir. ABŞ-ın yeni prezidenti seçilmiş Barak Obama vəzifəsinin icrasını başladığı ilk həftə ərzində Quantanamodakı Amerika hərbi həbsxanasının bağlanması barədə əmr verəcək. Lent.az-ın dünya KİV-nə istinadən məlumatına görə, Obamanın keçid komandasının üzvləri bildiriblər ki, həbsxananın bağlanması əmrdən dərhal sonra mümkün olmayacaq, amma həmin əmrlə bağlanma prosesi başlayacaq.
Müşavirlərindən biri deyib ki, Obama bu əmri hətta andiçmədən dərhal sonra, elə 20 yanvar günü də verə bilər. Onun sözlərinə görə, qərardan sonra orada saxlanılan əl-Qaida və Taliban üzvlərinin və potensial şahidlərin haraya göndəriləcəyi bəlli olacaq.
Obama bu əmrlə bərabər, istintaq və dindirmənin qaydaları ilə bağlı da rəsmi qərar imzalayacaq. Ancaq bu qərarın detalları barədə bilgi verilmir.

Mənbə: LENT.AZ

Təqvim

January 2009
M T W T F S S
« Nov   Feb »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO