"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

November 2008
M T W T F S S
« Oct   Jan »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Arxiv

Partnyorlarımız

Ombudsmanın müraciətləri əsasında bu günədək 240 məhkum əfv olunmuşdur

Ombudsmanın müraciətləri nəzərə alınaraq, bu günədək ümumilikdə 240 məhkum, o cümlədən yetkinlik yaşına çatmayan və qadın məhkumlar əfv edilmiş və azadlığa buraxılmışdır.
Müvəkkil əfv fərmanının icra olunması ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tərbiyə müəssisəsində olmuş, yetkinlik yaşına çatmayan məhkumlarla görüşmüşdür. O, çıxış edərək əsas insan hüquqları və uşaq haqları sırasında yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının da mühüm yer tutduğunu söyləmişdir. Qeyd edilmişdir ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının müdafiəsinə və təbliğinə yönəlmiş mühüm işlər həyata keçirilir. BMT-nin üzvü olan Azərbaycan Uşaq Haqları Konvensiyasına qoşularaq bu problemi öz milli prioritetləri səviyyəsinə qaldırmış, respublikamızda «Uşaq hüquqları haqqında» Qanun qəbul edilmişdir. Bu sahədə Ombudsman təsisatının da səmərəli fəaliyyət göstərdiyi vurğulanmış, görülən işlər barədə məlumat verilmişdir.
E.Süleymanova dövlətimizin humanist siyasəti barədə məlumat vermiş, 8 amnistiya aktının qəbul olunduğu və 45 əfv fərmanının imzalandığını vurğulamışdır. O, fəaliyyəti dövrü ərzində ölkə Prezidenti yanında Əfv məsələləri Komissiyası qarşısında qadın, ahıl, ağır xəstə, yeniyetmə məhkumlarla bağlı dəfələrlə vəsatət qaldırdığını, həmin vəsatətlər nəticəsində çox saylı məhkumların əfv olunduğunu, cəzaçəkmə müəssisələrindən azad edildiyini, ailələrinə qovuşduğunu bildirmiş, onların arasında tərbiyə müəssisəsində cəza çəkən yetkinlik yaşına çatmayan məhkumların da olduğunu qeyd etmişdir. O, əfv edilmiş və azadlığa çıxan azyaşlı məhkumların islah olunduqlarına, peşmançılıq çəkdiklərinə, başqalarına da nümunə olacaqlarına, onları xoşagəlməz hərəkətlərdən yayındıracaqlarına inandığını söyləmiş, digərlərinə vətənimizə layiq, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşmağı, təhsil almağı, peşələrə yiyələnməyi, cəza müddətini başa vurduqdan sonra ailələrinə qayıtmağı, faydalı əməklə məşğul olmağı tövsiyə etmişdir.
Müvəkkil həmçinin ölkəmizdə “Yuvenal ədliyyə haqqında” qanunun qəbul olunmasına hazırlıq işlərinin davam etdiyini, yeniyetmələrə tətbiq olunan cəzaların daha da liberallaşmasını, məhkumlara qarşı humanist yanaşmanın həyata keçirildiyini bildirmişdir.
E.Süleymanova bu müəssisədəki əfv olunmuş məhkumlara azadlığa çıxmaları haqqında sənədləri təqdim etmişdir.

Mənbə: www.ombudsman.gov.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO