"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

November 2008
M T W T F S S
« Oct   Jan »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Arxiv

Partnyorlarımız

Ömürlük məhkum nazirə şikayət edib

Qobustan Qapalı Həbsxanasında ömürlük cəza çəkən Əli Cahangir oğlu Quliyev ədliyyə naziri, cənab Fikrət Məmmədova ərizə ilə müraciət edib. Əli Quliyev Qapalı Həbsxanada üzləşdikləri bir problem haqqında məlumat verir.
Məhkum yazır ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Cəzaların İcrası Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı 11 iyul 2008-ci il tarixli fərman imzalayıb: «Yeni qanuna əsasən ömürlük məhkumlara televizordan istifadə hüququ verilib (CİM maddə 102.3). Prezidentin fərmanından 3 ay keçdikdən sonra kameralara televizorlar paylandı. Elə həmin gündən də məhkumların böyük narazılığına səbəb olmuş problemlər yarandı. Quraşdırılmış ümumi ötürücünün (antennanın) gücünün zəif olması bəhanəsi liə televizorlar yalnız bir kanala köklənib».
Məhkum yazır ki, Avropa Şurasına üzv olan dövlətlərin heç birində televizorlardan istifadəyə belə məhdudiyyətlər qoyulmayıb; «Tərəfdarı olduğumuz Avropa Konvensiyasının müddəalarına görə, hər kəsin yaşamaq hüququ var, heç kəs işgəncəyə və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamalıdır (1-ci və 3-cü maddələr)». Məhkum televizorun bir kanala köklənməsini onlara qarşı mənəvi işgəncə adlandırır və nazirdən xahiş edir ki, bu problemin həllinə dair göstəriş versin.

Mənbə: www.bizimyol.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO