"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

November 2008
M T W T F S S
« Oct   Jan »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Arxiv

Partnyorlarımız

Press Reliz

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi azadlıqdan məhrumetmə yerlərində (DİN-nin müvəqqəti saxlama təcridxanalarında, istintaq təcridxanalarında, Ədliyyə Nazirliyinin Cəzaçəkmə yerlərində və s.) insan hüquqlarının qorunması ilə bilavasitə məşğul olur. Göstərdiyimiz Kateqoriya şəxslər arasında aparılan monitorinqlər nəticəsində belə qərara gəlmək olar və aydın olur ki, məhkumlar arasında psixi xəstələr var və bunların sayı heç də az deyil. Bu şəxslər birlikdə cəza çəkdiyi digər məhkumlara qarşı cinayətə və intihara meyilli olurlar. Həmçinin də onlar müvəqqəti saxlama təcridxanalarında (DİN) bu cür hüquqazidd əməllərə və intihara əl atırlar. Müşahidələr sübut edir ki, intihar və digər məhkumlara qarşı cinayətkar qəsdlər psixi pozuntuların mövcud olması ilə əlaqədardır.
Müşahidələrimiz sübut edir ki, gərgin psixoloji durum və məhkumların cəzaçəkmə müəssisələrinə adaptasiyasının çətinliyi məhkumlar arasında ölüm hadisələrinin və həmçinin ciddi bədən xəsarətlərinin yetirilməsinə səbəb olan ağır cinayətlərin törədilməsinə yol açır.
Azəbaycan Respublikası fundamental Avropa konvensiyalarını ratifikasiya edib. Bunlara misal kimi 14.12.1990-cı il tarixli «Məhkumlarla davranışın əsas prinsipləri», 1955-ci il tarixli «Məhkumlarla davranışın minimal standartları», 17.12.1979-cu il tarixli «İctimai qaydaya nəzarət edən şəxslərin davranışını tənzimləyən davranış kodeksi» və digərlərini misal göstərə bilərik.
Məhkumların psixi reablitasiyası poblemlərinə diqqətin azlığının səbəblərindən biri cəzaçəkmə müəssisələrinin, DİN-nin müvəqqəti saxlama təcridxanalarının, istintaq təcridxanalarının rəhbərliyi ilə Səhiyyə nazirliyinin (hansı ki, əhalinin və məhkumların psixi diaqnostikasını və psixi reablitasiyasını aparmalıdır) təşkilati əlaqələrinin zəif olmasıdır.
Hal-hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi əhali arasında psixi xəstəliklərin profilaktikası dövlət proqramını hazırlayır. Bu proqram Azərbaycan Respublikası Prezidentinə təsdiq olunmaq üçün təqdim ediləcək.
Biz bilirik ki, Səhiyyə Nazirliyinin ixtisaslaşdırılmış müəssisələri və həmçinin kifayət qədər psixiatriya sahəsində mütəxəssisləri var. Buna görə də hesab edirik ki, Səhiyyə Nazirliyi Ədliyyə Nazirliyinin təşkilati dəstəyi ilə məhkumların psixi durumunun diaqnostikasını aparmalıdır və onların reablitasiyası üçün münasib tibbi tədbirlər görməlidir.
Yuxarıda deyilənləri nəzərə alaraq hesab edirik ki, əhali arasında psixi xəstəliklərin profilaktikası dövlət proqramı hazırlanarkən Məhkumlar arasında cinayətkar qəsdlərin və intihar hallarının profilaktikası üçün tədbirlər görülməlidir.
Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il #1880 tarixli sərəncamının 31-ci bəndinə əsaslanaraq “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi nəzərdə tutulan proqram hazırlanarkən maraqlı nazirliklər və idarələrlə birlikdə bu proqramda iştirak etmək üçün Səhiyyə Nazirliyinə müraciət edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO