"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

July 2008
M T W T F S S
« Jun   Aug »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Arxiv

Partnyorlarımız

Rusiya/Lefortovo

Demək olar ki, Moskvanın mərkəzində yerləşməsinə baxmayaraq, Rusiyada ən məhşur həbsxanadır. Buradan təsadüfi keçən şəxs onun ətrafına nə qədər fırlansa, dəmir qapılara, hörülmüş kərpiclərə toxunsa heç nə başa düşməyəcək. Məhbuslardan, müstəntiqlərdən və rəhbər əməkdaşlardan başqa içəri keçməyə heç kimə icazə verilmir.

Doğrudur, müəyyən kateqoriyalı adamlar var ki, onlar tez-tez Lefortovaya daxil ola bilirlər. Bunlar müdafiə etdikləri məhbusu görməyə və ya sorğu-sualda iştirak etməyə gedən vəkillərdir. Onlar yalnız həbsxana ilə birləşmiş Federal Təhlükəsizlik Xidməti İstintaq İdarəsinin korpusuna buraxılır.

2 saylı keçid məntəqəsi Energetika küçəsindəki 9 mərtəbəli binanın həyətində yerləşir. Girişdə şüşə stəkanda videokamera quraşdırılmışdır ki, bunun vasitəsi ilə içəri daxil olanlara buraxılış yazılan növbətçi otaqdakı monitora verilir. Sonra xüsusi zalda müstəntiqi gözləmək lazımdır ki, yalnız onun müşayiəti ilə Lefortovoda hərəkət etmək mümkün olsun.

Üçüncü mərtəbəyə bilavasitə daxil olmaq mümkün deyil. Pilləkənlər darısqaldır, iki nəfərin yan-yana qalxması çox çətindir. Müstəntiqin kabinetindəki pəncərə ağ kağızla örtülüb, hərçənd ki, pəncərədən həbsxana onsuz da görünmür.

Həbsxanada yüz ildən artıq müddət ərzində tikinti işləri aparılmış, yeni korpuslar salınmış, onun kontur dəqiqliyinə aydınlıq gətirmək arxitektorların planına daxil olmamıdır. Hər halda təcridxana şəhərin mənzərəsinə tam daxildir – kommersiya bankının ofisi ona yaxındır, yaxınlıqda uşaq meydançası var.

Müəmmalar

Təkcə Lefortovo həbsxanasının arxitekturası deyil, onun tarixi də kifayət qədər müammalarla zəngindir. Yazıçı Eduard Limonov da daxil olmaqla, bu yaxınlarda Lefortovo kameralarını tərk etmiş bir çox məhbuslar hesab edirdilər ki, həbsxananı II Yekaterina inşa etdirmişdir. Lefortovo ilə bağlı açıq poçta daxil olan sənədlər demək olar ki, yoxdur. Həbsxanaya jurnalistləri bir dəfə – 1993-cü ilin oktyabr ayında Lefortovoda mətbuat konfransı keçirilərkən buraxıblar. Buna baxmayaraq, müxbirlər digər paytaxt həbsxanalarına daxil ola bilirlər. Məsələ ondadır ki, bu təcridxanalar Ədliyyə Nazirliyinin, Lefortovo isə FTX-nin tabeçiliyindədir.

Rejim

Lefortovo Rusiyanın digər təcridxanalarından təkcə yaxşı şəraitinə görə deyil, həm də ciddi rejimi ilə fərqlənir. Hətta vəkillər də qeyd edirlər ki, praktiki ölkədə bura narkotika və məktub gətirilməsi mümkün olmayan yeganə islah müəssisəsidir. Burda yalnız mühafizəçilərlə FTX əməkdaşları komandanlıq edir. Qeyd etmək ədalətsizlik olardı ki, keçmiş məhkumlar və onların valideynləri istisna olmaqla, heç kim Lefortovo həbsxanası haqda danışmaq istəmir. Baş prokurorluqda qərarların icrası qanunculuğuna nəzarət edən idarə var. Sözarası onu “həbsxana” da adlandırırlar. Fəaliyyət göstərdiyi uzun müddət ərzində bu təcridxana və koloniyalara nəzarət edən həmin idarənin böyük prokuroru Oleq Jukov informasiya gizlətmədi. O danışırdı ki, Lefortovoda kameralar əsasən 2 nəfərlik olub, 10 kv.m ölçüdədir. 3 nəfərlik kameralar olduqca azdır. Təkadamlıq kameralar da var. Həbsxana köhnədir, lakin har yayda cari təmir işləri aparılır. Məsələn, bir sıra kameralarda batareyalar dəyişdirilmişdir. Prokurorun sözlərinə görə məhbuslar təcridxananı praktiki olaraq hər ay təftiş edən Baş Prokurorluğun, nə də yaxın vaxtlarda Lefortovoda olmuş Qızıl Xacın nümayəndələrinə müraciət etməmişlər.

Prokuror aydınlaşdırmışdır ki, FTX-də Lefortovo kimi böyük həbsxanalar Rusiyada yoxdur. Yalnız bəzi vilayətlərdə regional FTXİ-nin ixtiyarında kiçik təcridxanalar var. Orda adicə ittiham elan olunanadək saxlanılanlarla işləyir, sonra isə onları adi təcridxanalara verirlər. Məhkəmədən sonra FTX həmni adamlar üzərində nəzarəti itirir. Qeyd etdilər ki, məhkumun hansı – ümumi və ya ciddi rejimli koloniyaya göndərilməsini yalnız məhkəmə müəyyənləşdirir. Lefortovoda məhbuslar üçün heç bir xüsusi koloniya yoxdur.

Mənbə: www.agentura.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO