"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

July 2008
M T W T F S S
« Jun   Aug »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Arxiv

Partnyorlarımız

Polis haqqinda Azərbaycan Respublikasinin qanunu

Əlavə və dəyişikliklər:
1. 12 oktyabr 2001, â„– 207-II QD, q.m.t. 1.12.2001
2. 15 oktyabr 2001, â„– 214-II QD
3. 15 mart 2002, q.m.t. 26.03.2002
4. 24 may 2002, q.m.t. 07.07.2002
5. 24 dekabr 2002, q.m.t. 04.01.2003
6. 20 iyyun 2003, q.m.t. 07.08.2003
7. 30 dekabr 2003, q.m.t. 15.02.2004
8. 05 mart 2004, q.m.t. 01.04.2004

I FƏSIL
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar
Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafızə orqanıdır;
polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur;
tutulma – Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qayduda şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılmaqla onun müvəqqəti saxlanılma yerində saxlanılmasıdır; (8)
həbs – inzibati xətanın törədilməsinə görə inzibati tənbeh kimi və ya qətimkan tədbiri qismində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda va qaydada şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla müvafiq həbsdə saxlanılma yerində saxlanılmasıdır; (8)
fiziki qüvvə – insan əzələlərinin gərilməsi nəticəsində yaranan güc vasitəsi ilə mexaniki təsir göstərmək qabiliyyətidir;
xüsusi vasitələr – dəyənəklər, əl-qolu bağlama vasitələri, xüsusi təyinatlı gözyaşardıcı qazlar, rezin güllələr, suatan vasitələr, nəqliyyatı məcburi dayandırma vasitələri və Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş digər xüsusi vasitələrdir.

Maddə 2. Polis haqqında qanunvericilik
Polis haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Polis təyinatı və əsas vəzifələri
I.Azərbaycan Respublikasında polisin təyinatı insanların hoyatını, sağlamhğını, hiiquq və azadhqlannı, dövlətin, fıziki və hiiquqi şoxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqazidd əməllərdən qorumaq-
dan ibarətdir.
II.Polisin əsas vəzifələri aşağıdakılardır:
1) ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək;
2) cinayətlərin və digəi”xətalann (7) qarşısının alınması üçün tədbirlər görmək;
3) şəxsiyyəti, insan hüquq və azadhqlarını və mülkiyyəti hüquqazidd əməllərdən qommaq;
4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda dövlət idarələrini və digər obyektləri mühafızə etmək;
5) törədilmiş cinayətləri açmaq;
6) cinayətlərin qeydiyyatını və uçotunu aparmaq;
7) cinayətkarları aşkara çıxarmaq və tutmaq;
8) səlahiyyətlərinə aid edilmiş işlərüzrə təhqiqat və istintaq aparmaq;
9) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətləri daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya (7) görə həbsə alınmış şəxsləri saxlamaq;
10) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək;
11) kriminalistik və başqa tədqiqatların aparılmasını təmin etmək;
12) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada istintaq təcridxanalarında əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək;
13) hüquqi və fıziki şəxslərin əmlakını hüquqazidd əməllərdən qorumaq məqsədi ilə müqavilələr bağlamaq;
14) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş icazə-qeydiyyat işlərini aparmaq;
15) yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək;
16) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək;
17) yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotu sistemini təşkil etmək.
III. Polisi bu Qanunla müəyyən edilməmiş vəzifələrin icrasına cəlb etmək qadağandır.

Maddə 4. Polisin fəaliyyət prinsipləri və istiqamətləri
I. Polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında fəaliyyət göstərir.
II. Polisin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
1) ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi;
2) cinayətlərin və digər xətaların (7) qarşısının alınması və açılması;
3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi.

Maddə 5. İnsan və vətəndaş hiiquq və azadlıqlarının müdafiəsi sahə-sində polisin fəaliyyəti
I. Polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qıılluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqazidd əməllərdən qoruyur.
II. Polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhələnilən. şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fıziki və ya mənəvi təsir göstərmək qadağandır.
III. Şəxsin hüquq və azadlıqlarına qarşı polis tərəfındən bu Qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respııblikasının qanunları ilə müəyyən olunmuş əsaslarla və qaydada yol verilir.
IV. Hər hansı şəxsin hüquq və azadlıqları məhdudlaşdırıldıqda polis əməkdaşı məhdudlaşdırmanın əsaslarını və səbəblərini, habelə bununla əlaqədar həmin şəxsin hüquq və vəzifələrini ona izah etməlidir.
V. Polis tutulan və ya həbsə alınan şəxsin hüquqlarının həyata keçirilməsini təmin edir.
VI. Şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur.
VII. Polis əməkdaşlarının qanunazidd hərəkətləri nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada ödənilir.

Maddə 6. Polisin fəaliyyətində aşkarlıq
I. Polis öz fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada dövlət orqanlarına və əhaliyə məlumat verir.
II. Polisə dövlət, ailə, (8) peşə və kommersiya sirrini, prokurorun, müstəntiqin və ya məhkəmənin müvafiq icazəsi olmadan ibtidai və məhkəmə istintaq materiallarını, habelə insanların şəxsi həyatına, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinə toxunan, onların ləyaqətini alçalda bilən məlumatları açıqlamaq qadağandır.
III. Fiziki və hüquqi şəxslər haqqında polisin yaydığı məlumatların həqiqətə uyğun olmadığı müəyyənləşdirildikdə polis bir ay müddətində həmin məlumatları onların yayıldığı formada təkzib etməlidir.

Maddə 7. Polisin qanııni tələblərinin icrasının məcburiliyi
I. Polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir.
II. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fıziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.
III. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Maddə 8. Polisin fəaliyyətinə müdaxilənin yolverilməzliyi
Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur.

Maddə 9. Polisin tərkib hissələri və tabeliyi
Polis xidmətlərinin yaradılması, yenidən qurulması və ləğvi, polisin fəaliyyətinə rəhbərlik, polis orqanlarında vəzifəyə təyin və vəzifədən azad etmə Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

Maddə 10. Polisin vəzifələrinin yerinə yetirilməsində dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ayrı-ayrı şəxslərin iştirakı
I. Dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları polisə öz vəzifələrini yerinə yetirməkdə kömək göstərməlidirlər.
II. Hər bir şəxs polisə öz vəzifələrini yerinə yetirməkdə kömək göstərə bilər. Polis, üzərinə düşən vəzifələri yerinə yetirmək üçün, heç kəsi əməkdaşlığa məcburi cəlb edə bilməz.
III. Hazırlanan, törədilən və ya törədilmiş cinayət barəsində xəbəri olan hər bir şəxs bu barədə polisə məlumat verməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda bu məlumatların verilməməsi cinayət məsuliyyətinə səbəb olur.
IV. Polis əməkdaşı olmayan dövlət hakimiyyəti orqanlarının əməkdaşları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada ictimai asayişin və təhlükəsizliyin təmin olunması işinə cəlb edildikdə bu sahədə polisin vəzifələri onların da üzərinə qoyulur. Belə olduğu halda polis əməkdaşları üçün nəzərdə tutulan hüquqi, maddi və sosial təminatlar onlara da şamil edilir.

Maddə 11. Polisin beynəlxalq əlaqələri
Azerbaycan Respublikasının polis orqanlarının xarici ölkələrin polis orqanları və beynəlxalq polis təşkilatları ilə əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, xarici ölkələrin polis orqanları ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının bağladığı müqavilələr, habelə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq polis təşkilatlarının nizamnamələri və əsasnamələri ilə tənzimlənir.

Maddə 12. Polisin fəaliyyətinə nəzarət
I. Bu Qanunun müddəalarının icrasına idarədaxili və idarədənkənar nəzarət həyata keçirilir.
II. Polisin fəaliyyətinə idarədaxili nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər çərçivəsində müvafiq icra hakimiyyəti orqanı, idarədənkənar nəzarəti isə müvafıq icra hakimiyyəti həyata keçirir. Polis orqanlarında qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində məhkəmələr və prokurorluq orqanları həyata keçirirlər.

II FƏSİL
POLİS ƏMƏKDAŞININ SƏLAHİYYƏTLƏRİ

Maddə 13. Polis əməkdaşının ümumi vəzifələri
I. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır:
1) hazırlanan cinayət və ya digər hüquqpozmaların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görmək;
2) cinayət və ya digər hüquqpozmalar törətmiş şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görmək;
3) cinayətin baş verdiyi hadisə yerinin mühafizəsini təşkil etmək və şahidlərin müəyyənləşdirilməsi üçün tədbirlər görmək;
4) cinayətdən və digər hüquqpozmalardan, bədbəxt hadisədən zərərçəkmişlərə, həmçinin köməksiz, həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş şəxsə kömək və ilk tibbi yardımın göstərilməsini təmin etmək;
5) tutulmuş və ya həbsə alınmış şəxsin hüquqlarının və qanuni mənafelərinin pozulmamasını təmin etmək;
6) təbii fəlakətlər, qəzalar və digər fövqəladə hallar baş verdikdə insanların və əmlakın xilasetmə tədbirlərində iştirak etmək;
7) səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək.
II. Polis əməkdaşları öz vəzifələrini həyata keçirərkən ayrıca əmr və ya göstəriş gözləmədən əməkdaşlıq etməyə, qarşılıqlı fəaliyyət göstərməyə və bir-birinə hərtərəfli kömək etməyə borcludurlar.
III. Hər hansı şəxsə müraciət edərkən polis əməkdaşı adını, soyadını, rütbəsini bildirməli və xidməti vəsiqəsini göstərməklə özünü təqdim etməlidir.
IV. Polis əməkdaşı öz səlahiyyətlərini həyata keçirərkən bilavasitə və birbaşa rəisinə tabedir.
V. Polis əməkdaşı həmçinin tabelik üzrə yuxarı rəisin əmr və göstərişlərini icra etməyə borcludur.
VI. Hər hansı vəzifələrin yerinə yetirilməsinə cəlb edildikdə, polis əməkdaşı xidmət üzrə tabeliyi olmayan polisin yuxarı rütbəli şəxsinin əmr və göstərişlərini icra etməyə borcludur.
VII. Polis əməkdaşı açıq-aşkar qanunazidd əmr və ya göstəriş aldıqda qanunu rəhbər tutmalı, bu barədə polisin rəhbərliyinə məlumat verməlidir.
VIII. Açıq-aşkar qanunsuz əmri və ya göstərişi icra etməmək məsuliyyətə səbəb olmur. Belə əmri və ya göstərişi icra edən polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır.

Maddə 14. İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri
İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri aşağıdakılardır:
1) hər bir şəxsin təhlükəsizliyini təmin etmək;
2) Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara (7) dair işlər üzrə icraatı aparmaq;
3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda təhqiqat, istintaq orqanlarının və məhkəmələrin qərarlarını icra etmək;
4) qanunla müəyyənləşdirilmiş qaydada tutulan şəxsi müvafiq orqanlara təhvil verilənədək saxlamaq;
5) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əşyaların, o cümlədən odlu silahın, döyüş sursatının, zəhərli maddələrin və sair zərərli materialların əldə edilməsi, saxlanması, gəzdirilməsi, daşınması üçün müəyyənləşdirilmiş qaydada icazə vermək, dövriyyəsinə nəzarət etmək, çoxaldıcı rəngli qurğuların (kseroksların) qeydiyyatını aparmaq;
6) Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilən fovqəladə və ya hərbi vəziyyət rejimini təmin etmək, epidemiya və ya epizootiya zamanı karantin tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
7) kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək;
8) müvafıq dövlət orqanlarına və vəzifəli şəxslərə, yaxud qanuni sahiblərinə təhvil verilənədək sahibsiz əmlakın və dəfinələrin, habelə tapılmış və polisə təhvil verilmiş sənədlərin, əşyaların və digər əmlakın saxlanılmasını və mühafizəsini təmin etmək;
9) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda qeydiyyat və uçot işlərini aparmaq;
10) digər dövlət orqanları və ictimai təşkilatlarla birlikdə azyaşlılar arasında hüquq qaydasının pozulmasının və nəzarətsizliyin qarşısının alınmasında iştirak etmək;
11) cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsini təmin etmək;
12) hüquqi və fıziki şəxslərin əmlakını hüquqazidd əməllərdən qorumaq;
13) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 15. Cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması sahəsində polis əməkdaşının vəzifələri
Cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması sahəsində polis əməkdaşının vəzifələri aşağıdakılardır:
1) cinayətin və digər hüquqpozmanın qarşısının alınması, baş vermiş cinayət hadisəsinin aşkara çıxarılması və onu törədən şəxsin müəyyənləşdirilməsi, cinayəti doğuran səbəblərin öyrənilməsi və aradan qaldırıl-ması üçün tədbirlər görmək;
2) cinayət və digər hüquqpozmalar haqqında daxil olan ərizələrin və məlumatların qəbul edilməsini, qeydiyyatdan keçirilməsini və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada tədbirlərin görülməsini təmin etmək;
3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda və qaydada cinayət işlərini başlamaq, təhqiqat və istintaq aparmaq;
4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək;
5) bu maddənin 1-4-cü bəndlərində göstərilən məsələlər üzrə məhkəmənin (hakimin) və ya prokurorun qərarlarını, habelə müstəntiqin və ya təhqiqatçının qərarlarını və yazılı tapşırıqlarını icra etmək.

Maddə 16. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri aşağıdakılardır:
1) nəqliyyatın və piyadaların hərəkətini nizama salmaq, sürücülər və piyadalar tərəfindən yol hərəkəti qaydalarının gözlənilməsinə nəzarət etmək, yol hərəkətinin təhlükəsizliyini təmin etmək;
2) yolların təmiri, tikintisi, layihələşdirilməsi, istisman və onlara xidmət zamanı yol hərəkəti təhlükəsizliyinin tələbləri ilə bağlı qüvvədə olan qaydalara, normativlərə və standartlara əməl olunmasına nəzarət sahəsində öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görmək;
3) nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək;
4) təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr, idarələr, təşkilatlar və fıziki şəxslər tərəfındən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, avtonəqliyyat vasitələrinin zərərli tullantılarından ətraf mühitin qorunması sahəsində qüvvədə olan qaydaların, normativlərin və standartların tələblərinə riayət edilməsində dövlət nəzarətini təmin etmək;
5) yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə təhqiqat aparmaq, səlahiyyətləri çərçivəsində inzibati tənbeh tədbirləri tətbiq etmək;
6) yol hərəkəti qaydaları və sürücülük vərdişləri üzrə imtahanlar qəbul etmək və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrini vermək;
7) nəqliyyat vasitələrinin və qoşquların qeydiyyatını aparmaq, onlara dövlət nömrə nişanlarını vermək.

Maddə 17. Polis əməkdaşının ümumi hüquqları
Üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının aşağıdakı hüquqları vardır:
1) hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək;
2) cinayət və ya inzibati xəta (7) törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq;
3) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada (8) cinayət və ya digər hüquqpozma törətmiş, yaxud törədilməsində şübhələnilən şəxsi tutmaq;
4) cinayətin və digər hüquqpozmanın törədilməsinə şərait yaradan halların aradan qaldırılması üçün qanunla müəyyənləşdirilmiş qaydada dövlət və qeyri-dövlət orqanlarına, müəssisələrə, idarələrə, təşkilatlara, siyasi partiyalara, ictimai birliklərə, həmkarlar ittifaqları təşkilatlarına və vəzifəli şəxslərə baxılması məcburi olan təqdimatlar vermək;
5) qanımvericiliklə müəyyən edilmiş hallarda və qaydada (8) yaşayış binalarına və ya digər tikililərə, torpaq sahələrinə, müəssisə, idarə, təşkilatların ərazilərinə və tikililərinə daxil olmaq;
6) xarici dövlətlərin diplomatik, konsulluq və başqa nümayəndəliklərinə, beynəlxalq təşkilatlara məxsus olan və xüsusi təyinatlı nəqliyyat vasitələri istisna edilməklə, son zərurət vəziyyətində hüquqi və fıziki şəxslərə məxsus olan nəqliyyat vasitələrində hadisə yerinə getmək, təcili tibbi yardıma ehtiyacı olan şəxsləri tibb müəssisələrinə çatdırmaq və cinayət törətmiş şexsləri təqib etmək üçün bu nəqliyyat vasitələrindən istifadə etmək (belə hallarda nəqliyyat vasitələri sahiblərinin tələbi ilə onlara dəymiş ziyan polis tərəfındən ödənilməlidir);
7) dəbilqə, qalxan, zirehli köynək və digər fərdi mühafizə vasitələrindən istifadə etmək;
8) bu Qanunla müəyyənləşdirilmiş qaydada və hallarda fıziki qüvvə işlətmək, habelə xüsusi vasitələr və odlu silah saxlamaq, gəzdirmək və onları tətbiq etmək.

Maddə 18. İctimai qaydanın və ictimai təhlükəsizliyin tənıin edilməsi sahəsində polis əməkdaşının hüquqları
İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının aşağıdakı hüquqları vardır:
1) inzibati xətalara (7) dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək;
2) ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək;
3) inzibati xəta (7) törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi baxış keçirmək, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq;
4) cinayət və ya inzibati xəta (7) törətməkdə şübhələnilən hərbi qulluqçuları tutub hərbi patrullara, hərbi komendanta qoşun hissələrinin komandirlərinə və ya hərbi komissarlara təhvil vermək;
5) ictimai yerlərdə sərxoş vəziyyətdə olan və müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ya ətrafdakılara zərər yetirə bilən şəxsi xüsusi tibb müəssisələrinə gətirmək;
6) inzibati qaydada həbs edilmiş, inzibati nəzarətdə olan, habelə polisdə profılaktika uçotunda olan şəxslərin fotoşəklini çəkmək və Qanunla müəyyən edilmiş hallarda (1) barmaq izlərini götürmək;
7) Azərbaycan Respublikasnın qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda və qaydada avaralıqla və ya dilənçiliklə məşğul olan şəxsi qəbuletmə-bölüşdürmə məntəqəsinə gətirmək;
8) ictimai təhlükəli əməllərə görə məhkəmənin qərarı ilə təyin olunmuş tibbi xarakterli məcburi tədbirlərdən yayınan ruhi xəstələri, xroniki alkoqolikləri, narkomanları tutmaq və xüsusi tibb müəssisələrinə gətirmək;
9) qanunla müəyyənləşdirilmiş hallarda və qaydada təyin olunmuş tərbiyəvi xarakterli məcburi tədbirlərdən yayınan yetkinlik yaşına çatmayan şəxsi tutmaq və xüsusi tərbiyə müəssisəsinə gətirmək;
10) hüquqi və fıziki şəxslər tərəfindən odlu silahın, döyüş sursatının, zəhərli maddələrin və digər zərərli materialların saxlandığı və istifadə olunduğu yerlərə, habelə onların dövriyyədə olduğu obyektlərə (hərbi obyektlər istisna olmaqla) baxış keçirmək, bu cür əşyaların, maddələrin və materialların istifadəsi barədə müəyyənləşdirilmiş qaydaların pozuldıığu aşkar edildikdə qüsurların aradan qaldırılması haqqında icrası məcburi olan yazılı göstərişlər vermək və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər tədbirləri görmək;
11) saxtalaşdırma əlaməti olan sənədləri, habelə mülki dövriyyədən çıxarılmış və xüsusi icazə olmadan saxlanılan əşyaları, maddələri, materialları və qurğuları götürmək, sahibsiz əmlakın saxlanılmasını təmin etmək və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada onlar barəsində məsələnin həll edilməsi üçün tədbirlər görmək.

Maddə 19. Cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması sahəsində polis əməkdaşının hüquqları
Cinayətlərin və digər hüquqpozmaların qarşısınm alınması və onların açılması sahəsində polis əməkdaşının aşağıdakı hüquqları vardır:
1) hazırlanan və törədilmiş cinayətlər haqqında ərizə və məlumatları yoxlamaq;
2) cinayətin açılması, təhqiqatın və istintaqın aparılması ilə əlaqədar hüquqi və fıziki şəxslərdən, dövlət sirri təşkil edən sənədlər istisna olmaqla, zəruri izahatlar, məlumatlar, arayışlar, sənədlər almaq, cinayət törətməkdə şübhələnilən şəxslərin barmaq izlərini götürmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada prosessual hərəkətləri həyata keçirmək;
3) əməliyyat-axtarış fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hüquqları həyata keçirmək;
4) cinayətin törədilməsi şəraitinin, onu törədən şəxsin, zərərçəkənlərin və şahidlərin müəyyənləşdirilməsi, gizlənən cinayətkarların və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı üçün dövlət informasiya vasitələrinin imkanlarından pulsuz istifadə etmək.

Maddə 20. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının hüquqları
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının aşağıdakı hüquqları vardır:
1) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda və qaydada nəqliyyat vasitəsini saxlamaq, onu idarə edən şəxsən sürücülük hüququna dair sənədlərini və daşınan yükün sənədlərini yoxlamaq;
2) nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş olub-olmadığını müəyyənləşdirmək üçün texniki vasitələrdən istifadə etmək və ya həmin şəxsin tibbi müayinəsini təşkil etmək;
3) qanunla müəyyənləşdirilmiş hallarda və qaydada nəqliyyat vasitəsini idarə edən şəxsi və nəqliyyat vasitəsini yol hərəkətində iştirakdan kənarlaşdırmaq;
4) yol hərəkəti qaydalarını pozanlardan, yol-nəqliyyat hadisəsinin iştirakçılarından və şahidlərindən izahat almaq və zəruri hallarda onları polisə çağırmaq;
5) yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbeh tədbirləri tətbiq etmək, sürücülük hüququndan məhrum etmək barədə materialları məhkəməyə göndərmək;
6) yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edilmədikdə yollarda təmir-tikinti və digər işlərin görülməsini məhdudlaşdırmaq və ya qadağan etmək;
7) təbii fəlakətlər zamanı, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə əlaqədar yol hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək;
8) texniki vəziyyəti müəyyənləşdirilmiş tələblərə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək;
9) nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumatı olduqda, habelə nəqliyyat vasitəsinin idarə olunması ilə cinayət törədilməsinə real təhlükə yarandıqda nəqliyyat vasitəsini təqib etmək.

III FƏSIL
ŞƏXSİN AZADLIQ, MƏNZİL TOXUNULMAZLIĞl HÜQUQLARININ MƏHDUDLAŞDIRILMASI, FİZİKİ QÜVVƏNİN, XÜSUSİ VASİTƏLƏRİN VƏ YA ODLU SİLAHIN TƏTBİQİ İLƏ BAĞLI POLİS ƏMƏKDAŞININ SƏLAHİYYƏTLƏRİ

Maddə 21. Polis tərəfindən azadlıq hüququnun məhdudlaşdırılması
I. Polis əməkdaşı şəxsin azadlıq hüququnu hakimin qərarına əsasən tutulma və həbsəalma yolu ilə yalnız aşağıdakı hallarda məhdudlaşdıra bilər:
1) cinayət və ya inzibati hüquqpozma törədilməsində şübhəli olduqda, yaxud cinayət və ya inzibati hüquqpozma törətməsinə görə həbs olunduqda;
2) yetkinlik yaşına çatmamış şəxs üzərində tərbiyəvı nəzarət həyata keçirildikdə və ya səlahiyyətli orqana gətirildikdə;
3) yoluxucu xəstəliklərin yayılmasının qarşısı alındıqda, habelə ruhi xəstələr, alkoqoliklər, narkomanlar və avaralıqla məşğul olanlar zərərsizləşdirildikdə;
4) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısı alındıqda və ya şəxs ölkədən çıxarıldıqda, yaxud başqa dövlətə verildikdə;
5) təqsirləndirilən şəxsin, cavabdehin, şahidin məhkəmə iclasına gəlməsini təmin etdikdə, atalığın müəyyənləşdirilməsi üçün test keçirildikdə, psixi müayinə aparıldıqda və ya hər hansı öhdəliyin yerinə yetirilməsi (müqavilə öhdəlikləri istisna olmaqla) təmin edildikdə.
II. Polis əməkdaşı hər hansı şəxsi o vaxt tuta və ya həbsə ala bilər ki, məhkəmənin (hakimin) qərarında məhz həmin şəxsin azadlıq hüququnun məhdudlaşdırılması nəzərdə tutulsun.
III. Polis əməkdaşı tərəfindən məhkəmənin (hakimin) qərarı olmadan hər hansı şəxsin təxirəsalınmadan tutulmasına (7) yalnız aşağıdakı hallarda yol verilə bilər:
1) şəxs cinayət və ya inzibati xəta (7) törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalandıqda;
2) hadisəni bilavasitə görənlər, o cümlədən zərər çəkmiş şəxslər məhz həmin şəxsin cinayət və ya inzibati xəta (7) törətdiyini göstərdikdə;
3) şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya mənzilində cinayətin və ya inzibati xətalarıtı (7) izləri tapıldıqda.
IV. Çıxarılıb. (8)
V. Şəxsin qanunsuz tutulmasına və ya həbsə alınmasına yol vermiş polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır.

Maddə 22. Polis tərəfindən azadlıq hüququnun məhdudlaşdırılma müddətləri
I. Bu Qanunun 21-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş hallarda hər hansı şəxsin azadlıq hüququnun məhdudlaşdırılma müddəti yalnız qanunla müəyyənləşdirilir.
II. Bu Qanunun 21-ci maddəsinin III-cü hissəsində nəzərdə tutulmuş hallarda hər hansı şəxsin azadlıq hüququnun məhdudlaşdırılması müddətləri inzibati xətanın (7) törədilməsi ilə əlaqədar Azərbaycan Respublikasının inzibati hüquqpozmalar haqqında qanunvericiliyi ilə, cinayətin törədilməsi ilə əlaqədar isə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyənləşdirilir.
Maddə 23. Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı polis əməkdaşının vəzifələri
I. (8) Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı:
1) zəruri müdafıə və son zərurət halları istisna olmaqla, şəxsin tutulması və ya həbsə alınması zamanı təhlükəsiz üsul və vasitələrdən istifadə etməlidir;
2) tutulan və ya həbsə alman şəxsə özünü təqdim etməklə xidməti vəsiqəsini göstərməlidir;
3) tutulmadan dərJıtd soııru şəxsə ttıtulmanın əsaslanm bildinnəli, öziinə va yaxnı qohıımlanna qarşı ifadə veıməmək, müdajiaçinin yardımından istifadə etmək hüquqlarım izulı etmə/idir; (8)
4) tııtulmıış və ya həbsə alınmış şəxsi təxirəsalınmadan polis orqanına gətinnəli, tutulma və ya həbsəalma faktını Azərbaycan Respublikasmın qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdımıalı, tutulnuış və ya həbsə alınmış şəxsi bıı protokolla tanış etməli, hər bir tutulma və ya həbsəalnıa faktını müvafıq polis orqanında qeydiyyatdan keçimıəlidir;
5) (8) tutulmuş və ya həbsə alınmış şəxsin yaxm qohumlanna, onun tələbi ilə iş və ya təhsil yerinə tutulması və ya həbsə alınması barədə təxirəsahnmadan məlumat verməlidir (qocalann, yetkiıüik yaşına çatmayunlurm və psixi vəziyyətinə görə inıkaıu olmayun tutıdmuş şaxslərin iıilə iizləriııə müvəqqəti saxlamayer’ərinin ınüdiriyyati öz taşəbbüsü ilə xəbər verir); (8)
6) tutulmuş və ya həbsə alınmış şəxsin tələbi ilə, habelə müdafıəçinin iştirakı məcburi olan hallarda həınin şəxsin (6) müdafəçinin köməyindən istifadə etmək hüqüqunu təmin etməlidir;
7) tutulmuş və ya həbsə ahnmış şəxslə davranışda onıın şəxsiyyotinə və ləyaqətinə hörmətlə yanaşmalı, qadınlara, yetkinlik yaşına çatmayanlara, qocalara, xəstolorə və əlillərə xüsusi diqqət yetirməlidir;
8) çtxanltb; (8)
9) çıxartl/h. (8)
II. Polis əniökdaşı tutulımış və ya Iwbs edilmiş şəxsiıı Azərbaycaıı Respublika-sıııııı qanunvenciHyili ih nəzənh tutulmuş dig?r hüqııqlanm təıniıı edir. (8) Maddo 24. Polis tərəfindən monzil toxunulnıazlığı hüququnun mohdudlaş-dırılması
I. Polis oməkdaşı torofindən hər hansı şəxsin mənzil toxunulmazlığı hüququnun mohdudlaşdınlmasına və məıızilə orada yaşayanların iradosi ziddiııə daxil olraasına yalnız aşağıdakı hallarda qamınvericilikh ınüəyyən edilmiş qaydada (8) yol verilir:
1) hakirain qorarı olduqda;
2) digər şəxslərin hüquq və azadlıqlannın qorunması, ictimai qaydanm və iclimai təhlükasizliyin tomin olunması və yaxud ağır cinayətlorin, bədbəxt hadisələrin, təbii folakətlərin, qəzalarm, epidemiyalann və epizootiyaların qarşısının alınması və onların nəticələrinin aradan qaldınlması məqsədi ilo toxirosalınmaz
tədbirlər həyata keçirildikdə.
II. Ilakimin qoran olmadan polis əməkdaşı mənzilə orada yaşayanların iradosi ziddinə aşağıdakı osaslardan birinin olduğu barədə dəqiq məlumatı və ya əsaslı şübhələri oldıığu halda qwıımvencilikh ıııüəyyəıı edihıüş qaydadu (8) daxil ola bilər:
1) monzildo şəxsiyyət əleyhinə ağır cinayətin və ya xüsusi təhlükəli dövləti cinayətin törədilmosi;
2) cinayot törətmiş, həbsdən və ya cəzaçəkmə miiəssisələtindən (4) qaçmış şəxsin lıəmin mənzildə gizlənməsi;
3) cinayot törotmiş şəxsin bilavasitə “isti izlərlə” təqib edilməsi;
4) monzildə insan meyitinin olması;
5) monzildə insatı həyatı və ya sağlamlığı üçün real təhlükənin oltnası, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət raəsuliyyətinə səbəb ola bilən əxlaqsız bərəkətlərin edilmosi.
III. Mobkomənin (hakimin) qəran və ya bu maddənin 1 vo 2-ci hissələrində göstərilmiş hallardan vo əsaslardan hər hansı biri olmadan mənzil toxunulmazlığı hüququnu moqsədəuyğunluq, müvəqqəti zorurilik və ya digər mülahizələrlə məhdudlaşdırmaq qadağandır.
IV. çıxanlıb. (8)
V. Bu maddənin müddəaları fıziki və ya hüquqi şəxslərə məxsus qeyri-yaşayış binalarına, tikililərə, torpaq sahələrinə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər obyektlərinə daxi-lolma hallarına da şamil edilir.
VI. Mənzil toxunulmazlığı hüququnun qanunsuz məhdudlaşdırılması-na yol vermiş polis əməkdaşı Azərbaycan Respublikasınm qanunvericili-yi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.
Maddə 25. Mənzil toxunulmazlığı hüququnun məhdudlaşdınltnast ilə bağlı polis əməkdaşının vəzifələri
I. (8) Mənzil toxunulmazlığı hüququnun raəhdudlaşıdınlması ilə bağ-lı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı:
1) Bu Qanunun 24-cü maddəsinin 1-ci və 2-ci hissələrində göstərilmiş hallar və əsaslar olmadan mənzilə orada yaşayanların iradəsi ziddinə əsassız daxil olmamalıdır;
2) mənzilə daxil olmazdan əvvəl orada yaşayan və ya müvəqqəti qalan başqa şəxsə mənzilə daxilolmanın əsaslarını bildırməlidir;
3) mənzilə daxilolma ilə əlaqədar mənzildə yaşayan şəxsə onun hüquqlannı, həmin şəxs mənzilə daxil olmağa icazə vemıədikdə isə onun qanunazidd hərəkət etdiyini izah etməlidir;
4) mənzilə orada yaşayanların iradəsi ziddinə daxilolma zamanı zəruri müdafıə və ya son zərurət halları istisna olmaqla, təhlükəsiz üsul və vasitelərdən istifadə etməli, mənzildə olan şəxslərin şərəf və ləyaqətinə,
həyatı və sağlamlığına, mülkiyyətinə hörmətlə yanaşmalı, zərurət olmadan zərər vurulmasına yol verməməlidir;
5) mənzilə orada yaşayanlann iradəsi ziddinə daxilolma faktını Azərbaycan Respublikasının qanunlan ilə müəyyənləşdirilmiş qaydada təxirəsalınmadan protokollaşdımıah və müvafıq polis orqanmda qeydiyyatdan keçinnəlidir.
6) çıxcınlıb; (8)
7) mənzilə daxilolma ilə əlaqədar mənzildə yaşaycmlann şəxsi və aih (8) həyatının ona məlum olmuş hallarını açıqlamamalıdır.
II. Polis əməkdaşı nıənzil toxunulmazhğı hüquqıınun məhdudlaşdırılması ih bağlı Azərbaycan Respıtblikasımn qammvericiliyində nəzərdə tutulmuş digər vəzifəhri yeriıw yeünnəlidir. (8)

Maddə 26. Polis tərəfindən ilziki qüvvənin, xüsusi vasitələrin və ya od-lu silahın tətbiqi
1. Polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəx-sə qarşı yalnız aşağıdakı hallarda fıziki qüvvə tətbiq edə bilər:
1) hazırlanan və ya törədilən cinayətin qarşısı almdıqda;
2) inzibati xətanı (7) və ya cinayəti törədən şəxs tutulduqda;
3) her hansı hüquqpozmanm törədilməsində güc işlədildikdə.
II. Polis əraəkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəx-sə qarşı xüsıısi vasitələri aşağıdakı hallarda tətbiq edə bilər:
1) insan həyatına və sağlamhğma real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə;
2) qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə;
3) girov saxlanılan şəxs və ya zəbt olunmuş binalar, tikililər, qurğular, torpaq sahələri və nəqliyyat vasitələri azad edildikdə;
4) yaşayış binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatlann binalanna qrup halında basqın dəf edildikdə;
5) müqavimət göstərən və ya insan həyatı və sağlamlığı, habelə mülkiyyət əleylıinə cinayət törədən şəxs yaxalandıqda və ya qaçmağa cəhd göstərdikdə;
6) tutıılan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstərəcəyınə ehtimal etməyə kifayət qədər əsas olduqda;
7) cinayət törədilməsində şübhələndiyinə görə tutulımış, barəsində həbs qətimkan tədbiri seçilmiş və ya müəyyən ınüddətə azadhqdan rnəhnımetmə, vcıxud ömüıiiik azcıdlıqdaıı məhlaımetınə növündə cəzaya (4) məhkum olunmuş şəxsin həbsdən qaçmasının qarşısını aldıqda, habelə bu şəxsin qanunsuz azad edilməsi üçün kənar şəxslər tər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO