"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

July 2008
M T W T F S S
« Jun   Aug »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Arxiv

Partnyorlarımız

Belmarş (London)

Belmarş həbsxanası 1991-ci il aprelin 2-də açılıb. Belmarş olduğca ciddi rejimi ilə fərqlənir. Ona görə də İrlandiya Respublika ordusundan olan terrorçular cəzalarını məhz burda çəkirlər. Xüsusi Məxfi Şöbə Belmarşda ayrıca bloka malikdir ki, eyni vaxtda burada da A kateqoriyalı 48 cinayətkarın saxlanılması mümkündür. Həbsxana rəhbərliyinin 3 əməkdaşı “işinə xüsusi yanaşmaya görə” yüksək mükafata layiq görülüb.

Belmarş həbsxanası Böyük Britaniyada 5 həbsxanadan biridir ki, A kateqoriyalı, olduqca təhlükəli cinayətkarların saxlanılması üçün nəzərdə tutulub. O, 1991-ci ildə fəaliyyət göstərməyə başlayıb və 900 məhbus üçün hesablanıb. Onların əksəriyyəti xüsusi mühafizə olunan otaqlarda keçirilən məhkəmənin qərarını gözləyən istintaq altında olanlardır (məhz bu məhkəmədə Pinoçeti mühakimə etmişlər). Əgər onların günahı sübut olunarsa, onda uzun müddətə cəzalarını çəkmək üçün Derxem, Parkxerst, eləcə də Uayt və ya Lonq-Satton adalarındakı həbsxanalardan birinə göndərilir.

Belmarş həmçinin Londonun şərq-qərb rayonu üçün yerli həbsxana sayılır, ona görə də burada xırda cinayətlərə görə qısa müddətə həbs olunmuş məhkumlar da saxlanılır. Daha rahat həbsxanadan Belmarş ciddi rejimi və xüsusi mühafizə sistemi ilə fərqlənir. Həbsxana qurumuş batağlıqda tikilidiyi üçün yaşayış binasının inşaası üçün məqbul sayılmayıb. Ərazinin ətrafında 4 həbsxana korpusu yerləşib, onun daxilində isə həbsxanada müəyyən funksiyaları yerinə yetirən diqər xidmətlər fəaliyyət göstərir. Bura qəbul bölməsi, görüş otağı, növbətçi otağı, idman zalı, xəstəxana, mətbəx və emalatxanalar daxildir. Hər bir korpus etibarlı surətdə möhkəmləndirilmişdir. Mühafizə aparatı yalnız elektronla idarə olunan, eyni zamanda açılmayan iki ağır qapıdan ibarət girişə nəzarət edir. Hər bir qapı video interkommunikasiya ilə təchiz olunub və idarənin zabiti məmurun daxil olduğunu hiss edərsə onu işə sala bilər. Həmçinin burada vəkil və A kateqoriyalı məhbusların qohumlarının görüşü üçün ayrıca otağı, həyətə çıxışa mühafizə etmək məqsədilə dəmir detektor və video elektron qapılardan ibarət çıxış keçidi vardır.

mənbə: www.agentura.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO