"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

July 2008
M T W T F S S
« Jun   Aug »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Arxiv

Partnyorlarımız

Azərbaycanın cəzaçəkmə müəssisələri

Daxili İşlər Nazirliyinin (hazırda Ədliyyə Nazirliyinin) 1 saylı İstintaq Təcridxanası və ya “Bayıl həbsxanası” 1870-ci ildə inşa olunub və 400 nəfərlik 2 korpusdan ibarət olaraq 1890-cı ildən həbsxana kimi fəaliyyət göstərir. Bütün fəaliyyət müddəti ərzində həbsxanadan yalnız 2 qaçış halı uğurlu olub.

Hazırda həbsxana daxili və xarici mühafizə əsasında 6 korpusa və 6 metr hündürlükdə hasara malikdir. Həbsxanada məhbusların yerləşdirilmə limiti 1500 nəfərədək artırılıb (Sovet dövründə 900 nəfərlik idi). Həbsxana rəisinin sözlərinə görə, yerdəyişmə zamanı normadan 300 nəfər az, yəni 1200 məhbus var idi. 2000-ci ilin martında həbsxanada bundan bir az artıq – 1250 məhbus olub.

İki mərtəbəli 1 saylı korpus “karantin” korpusu adlanır ki, burda həbsxanaya gətirilən məhbuslar yerləşdirilir. Nəzərə alınıb ki, tədricən bu məhbuslar 2 saylı korpusa köçürülsün, amma bu mümkün olmazsa, istintaq altında olanlar həmişəlik olaraq korpusda saxlanıla bilər. 3,5×4,0 m ölçülü 8 yerlik tipik kamera (N 28) 4,5 m hündürlükdə tavana, daş döşəməyə, “asiya “ tipli ayaqyoluna malikdir. Kamerada sərinləşdirici, radioqəbuledici, qəzet (eyni zamanda müxalifət yönümlü “525-ci” qəzet) var idi. Həmçinin, 10 nəfərlik kamera da mövcuddur. Məsələn, 4,0×4,0 m və pəncərəsi 40×80 sm ölçüdə olan 39 saylı kamera onunla məhşurdur ki, burada İosif Stalin qalmışdır.1997-ci ildə Azərbaycan Hüquq Müdafiə Mərkəzi direktorlarından biri burada olarkən məlum olmuşdur ki, ikinci mərtəbədə 14 nəfər üçün nəzərdə tutulan tipik kamera 4×5 ölçüdədir. Burda 1-2 kamera üçün nəzərdə tutulan su çənləri də var. 1999-cu ildə korpusla tanış olarkən su yox idi. Rəhbərliyin sözlərinə görə, bu, şəhərin ərazisindəki su xətlərində baş vermiş qəza ilə bağlıdır. Korpusun sərinləşdirilməsi korpusun girişində güclü sərinləyici-kompressorun köməyi ilə mərkəzləşdirilmiş şəkildə həyata keşirilir. Həbsxanada olarkən, o, işləməsə də işlək səviyyədə idi. Praktiki olaraq bütün kameralarda 1997-ci ilin mayından verilən razılığa əsasən, məişət sərinləşdiriciləri var idi. Korpusun hamamı 7 nəfərlik 2 otaqdan ibarət idi. Həyətdə gəzmə yeri 4×5 m ölçüdə olub, dəmir barmaqlıq və oturacaqdan ibarətdir.

2 saylı korpus özlüyündə 1 saylı kameranı xatırladır, 8 və 10 nəfərlik adam üçün nəzərdə tutulub. Baxılan kameraların bəziləri rahatlığına görə diggəti cəlb edirdi. Onların birində tavan rənglənmiş, döşəmələr kafellənmiş, taxta şkaf və ayrıca su çəni ilə təmin olunmuşdur. Kameraların biri 8 nəfər üçün nəzərdə tutulsa da, orada 9 məhbus saxlanılırdı. Buna baxmayaraq, orada daha çox adam yerləşdirmək, müstəntiqlə sorğu-sual aparmaq, vəkil və valideynlərlə görüşlər təşkil etmək mümkündür. Rəhbərlik kamerada xeyli məhbusun saxlanılmasını digər kameralarda təmir işlərinin getməsi ilə əlaqələndirib.

2 saylı korpusun ikinci mərtəbəsində isə 30 xəstənin müayinəsi və stasionar müalicəsi məqsədi ilə yaranmış tibbi-canitar şöbəsi yerləşir. Hər 3 nəfər üçün nəzərdə tutulmuş 10 otağın ölçüsü 3,5×4,0 m, tavanın hündürlüyü 4,5 m-dir ki, bu da 8 nəfərlik adi kameranı xatırladır. Duşxana və ayaqyolu ayrı-ayrıdır və yaxşı təmir olunub. Qışda kameralar qaz sobası ilə qızdırılır. Sanitar şöbədə olarkən, bura faktiki olaraq boş idi, cəmi 3 xəstə saxlanılırdı. Həkimin sözlərinə görə, onlar stenokardiya, hipertoniya və şəkər xəstəliyindən əziyyət çəkənlərdir. Qeyd edək ki, 1997-ci ilin noyabında sanitar şöbə 45 nəfər üçün nəzərdə tutulmuşdu və xəstələr 4 nəfərlik kameralarda yerləşdirilirdi.

Birmərtəbəli 3 saylı korpusda islah-əmək müəssisəsinə köçürülməyi və kassasiya gözləyən məhbuslar saxlanılır. Korpusda kameralar 24 nəfərlikdir. Azərbaycan Hüquq Müdafiəsi Mərkəzinin məlumatına görə, bu kameralar hökmün yerinə yetirilməsinin gecikməsi səbəbindən həmişə yüklənir və 57 nəfərədək çatır. Bu kamera 6×6 m ölçüdən, tavanı 5 m və tavanın altındakı iki böyük pəncərədən ibarətdir. Küncdə “asiya” tipli ayaqyolu yerləşir. Kamerada yüksək dərəcəli isti olduğu üçün məhbuslar köynək və maykasız idi. Kamerada elektrik çaydanı, sərinləşdirici, radioqəbuledici, qəzetlər var idi.

Gəzmək üçün həyət 6×8 m ölçüdə idi. Həyətdə 28 nəfər gəzirdi.

4 saylı qadın korpusu 70-80 məhbus üçün nəzərdə tutulub. 1999-cu ildə nümayəndə heyəti orda olarkən həbsxanada o qədər də məhbus yox idi. Rəhbərliyin fikrincə, bu vaxt orda cəmi 39 qadın-məhbus var idi (1997-ci ildə səfər zamanı onların sayı 54 idi). 8 çarpayılıq kameranın ölçüsü 3,0×4,0 m və tavanın hündürlüyü 4 m idi. Pəncərə 1 sıra barmaqlıqdan ibarətdir. Əgər 1997-ci ildə ayaqyolu kameranın içərisində idisə, 1999-cu ildə o, ayrıca koridorun girişində yerləşirdi. Korpusda iy gəlirdi, bu da yaxın günlərdə dezinfeksiya aparıldığını xatırladırdı.

5 saylı korpus həbsxanada məhşur korpus sayılır, belə ki, burada ölüm hökmünə məhkum olunanlar saxlanılır. Həbsxana korpusu ilə tanışlıq zamanı rəhbərlik DİN-in həbsxana üzrə nəzarətçisi ilə bu korpusda olmağa imkan vermədi. Sonradan məlum oldu ki, korpuslarda həddən artıq yüklənmə var. Belə ki, 5 saylı korpusun 16 və 6 saylı korpusun 3 kamerasında 130-a yaxın məhbus saxlanılırmış. Hazirda korpus 16 ikiyerlik kameradan ibarətdir. 1999-cu ildə orada olarkən burda ömürlük həbs cəzasına məhkum edilmiş 31 məhbus var idi.

6 saylı korpus (uşaq) 66 nəfərlik 9 kameradan ibarətdir. Onların altısı 6 adamlıq, 3-ü isə hər biri 10 adamlıqdır. Orada olarkən 38 adam vardı, 3 kamera isə boş idi. Standart ölçülü 6 yerlik 6 kamera (12 kv.m, tavanın hündürlüyü 3,2 m) tavanda düzəldilmiş şüşəli şaxta vasitəsilə yaxşı işıqlandırılır. Kameralarda radioqabuledici və sərinləşdirici var idi. Lakin qab-qacağların yuyulması üçün ehtiyat suyun və kameraların birində kranın olmaması sübut edirdi ki, su kameralara saatla verilir. Korpus Bakı şəhərində istintaq altında olan yeniyetmələr üçün yeganə yerdir.

Təsərrüfat xidmətləri üçün yer ərazi üzrə bölüşdürülmüş otaqları xatırladır və 8 nəfər üçün nəzərdə tutulub ki, bu da digər məhbusların kameralarından şəraitinə görə çox fərqlənir. Onlar bir cərgəli barmaqlıqlardan, adi çarpayılardan, sərinləşdiricilərdən ibarətdir. Otaqların birində əsl qazla işləyən buxarı ocaq və televizor var idi. Məhkumlar bütün günü öz iş yerlərində (mətbəx, çörəkxana, dərzixana, təmizlik və s.) keçirirlər və yalnız gecələr öz yerlərinə buraxılırlar. Bu rejimdə fərq ondan ibarətdir ki, könüllü əsasda təsərrüfat xidmətinə ümumi və ciddi rejimdə məhkum olunanların bir hissəsini saxlayırlar və onların saxlanma rejimi məhkəmənin təyin etdiyi qaydalara əsaslanmalıdır. Qaydalara görə, məhbusların 7%-nin saxlanılmasına icazə verilir. Orada olarkən burda 42 adam saxlanılırdı.

1997-ci ildə karserdə olarkən, burada 4 kamera var idi. Onların 1-i birnəfərlik və 1,5×2 m ölçüdə, 3 m hündürlükdə tavandan, 35×35 sm dəmir barmaqlıqlı pəncərədən ibarət idi. Digər birnəfərlik kamera fərqlənsə də, 1,0×3,0 m ölçüdə idi. Onlarda döşəmədən deşik asılmış ayaqyolu vardı. Iki ikiyerlik kameranın hər biri 2,0×2,5 m ölçüdə idi və “asiya” tipli ayaqyoluna malik idi.

Birnəfərlik qadın karseri isə təxminən 2,0×3,0 m, tavanın hündürlüyü 4 m olan və koridora baxan dəmir barmaqlılı pəncərədən ibarət idi. Ayaqyolu faner parçası ilə bağlanan döşəmədən deşik açılmış vəziyyətdə idi. Həbsxana rəisinin sözlərinə görə, qadınların karserdə cəzalandırılması formla olaraq qalsa da, sərəncama əsasən, 1999-cu ildən bundan istifadə olunmur.

Kitabxana yalnız məhbuslara xidmət edən şkaflardan ibarət otaqdan ibarətdir. Kitabların əksəriyyəti Sovet dövründə buraxılmış rus dilində bədii ədəbiyyatdan ibarətdir. Görünür, Rus Ordusu Azərbaycandan çıxandan sonra hansısa hərbi hissədən götürülüb. Kitaba böyük tələbat daha çox azərbaycan dilində bədii, hüquqi ədəbiyyatadır ki, bu da aşkar şəkildə azlıq edir. Həbsxana rəisinin sözlərinə görə, o, respublikanın tanınmış şairindən 1500 kitabın alacağını gözləyir.

Vəkillərlə görüş üçün otaqlar bir-birindən təcrid olunmuş 8 yerdən ibarətdir. Vəkillərlə görüş rejimini həbsxana rəhbərliyi deyil, müstəntiqlər müəyənləşdirir.

Məhbusların qidalanması: məhbuslara verilən üçdəfəli yemək mətbəxdə hazırlanır və kameralara gətirilir. Adi bölgü – şorba, ətlə yarma, 650 q-lıq ağ çörək. Bundan əlavə, hər həftə yaxınlarından 8 kiloqramadək bağlama qəbul edilir. 1997-ci ilədək məhbusların əsas narazılığı şəhər çörəkxanalarından gətirilən çörəyin keyfiyyəti ilə bağlı idi. Hazırda həbsxanada gün ərzində 2 ton çörək bişirmək imkanına malik olan çörəkxana var.

1997-ci ilin mayından etibarən gətirilməsinə icazə verilən ərzaqların siyahısı: çörək, çörək – bulka məmulatları, qənd məmulatları, balıq, ət, kolbasa, yağ, baxça məhsulları, meyvə, meyvə konservləri, göyərti, povidla, cem, turşu, süd məhsulları (kəsmik, kefir), tütün məmulatları. Bundan əlavə, su qızdırıcılarının, çaydanların, sərinləşdiricilərin, kompüter oyunlarının, radioqəbuledicilərin gətirilməsinə icazə verilir. Bəzilərini – siqaret, yazı ləvazimatı, qəzet və s. bağlamaların qəbulu və görüş zalında mövcud olan kiçik mağazadan almaq olar. Zalın divarlarında qəbuluna icazə verilən əşya və ərzaqların siyahısı, ərizə, şikayət nümünələri asılıb.

Şüvəlan həbsxanası

Həbsxana Bakı ətrafındakı Şüvəlan qəsəbəsində yerləşir. O, 1898-ci ildə sanatoriya kimi tikilmiş və İstintaq Təcridxanasına Çevrilənədək, yəni 1932-ci ilədək bu cür fəaliyyət göstəmişdir. Müəyyən fasilədən sonra, 1952-ci ildən o, AR DİN-nin (indi AR ƏN-nin) 3 saylı İstintaq Təcridxanası kimi fəaliyyət göstərir. Təcridxana Azərbaycan Respublikasının bir sıra Şimal rayonlarına və Bakı şəhərinin 11 rayonundan 8-ə xidmət edir. Bayıl həbsxanasından fərqli olaraq, o, qadın və uşaqlar üçün nəzərdə tutulmayıb.

Şüvəlan həbsxanası 3 birmərtəbəli korpusdan və müxtəlif təsərrüfat tikililərindən ibarətdir. Bu yaxınlarda yeni üçmərtəbəli korpus tikilmişdir ki, AHMM-nin direktoru həbsxanada olarkən (30 iyul 1990-cı il) istifadəyə verilməmişdi. Yeni korpusla birgə həbsxanada yerləşmə limiti 1050 məhbus olacaqdır. Rəsmi məlumatlara görə, 2000-ci ilin martında bu İT-da 668 məhbus saxlanılırdı.

Təcridolunma yeri – 5×5 m ölçüdə iki otaqdan ibarətdir ki, məhbuslar kameralara bölüşdürülməzdən əvvəl bura gətirilir. Bura 50×80 sm ölçüdə şüşəsiz pəncərədən ibarətdir. Bu isə otağın sərinləşməsi üçün açıq -aşkar kifayət etmir. Tavan olduğca aşağıdır (2 m). Ayaqyolu yoxdur. Təlimata görə 15-20 nəfər üçün nəzərdə tutulub ki, məhbuslar da 1 gün müddətində bölüşdürülməlidirlər.

1 saylı korpus 8, 14 və 16 nəfərlik 19 kameradan ibarətdir. 8 yerlik kameranın sahəsi 4-4,5×4,0 m, tavanın hündürlüyü isə 3,5 m-dir. Kamerada su gəlirdi, rəflərdə ərzaq məhsullarının qalıqları təzə tərəvəz var idi, 14 yerlik digər kameranın sahəsi 4×4,5 m-dir və 50×80 sm ölçüdə iki pəncərədən ibarətdir. Orada sərinləşdirici, elektrik çaydanı və radioqəbuledici var idi. Bir çox kameradan radio verilişlərinin səsi gəlirdi, hər iki kamerada küncdə “asiya”tipli ayaqyolu var idi. Bir çox kameralarda ayaqyolu deşiyi plastik butılkadan əldə qayrılmış tıxacla tutulmuşdu. Digər ayaqyollarda deşiklər bağlanmamışdı, amma elə də kəskin qoxu hiss olunmurdu. Kameralar o qədər də yüksəklənməmişdi, ancaq məhbusların sorğu-sualda və məhkəmədə olması da istisna deyildi. Hər halda, rəhbərliyin sözlərinə görə, 14 nəfərlik kamerada 11 nəfər saxlanılırdı, rəflərdə isə 17 dəmir fincan var idi.

2 saylı korpus 10 və 16 nəfərlik 13 kameradan ibarətdir. 16 yerlik (28 saylı) kameranın sahəsi 4×5 m ölçüdədir. Orada, asılmış növbətçilik cədvəlinə əsasən, İran vətəndaşı da olmaqla 13 nəfər saxlanılırdı. Kamera sərinləşdirici, radioqəbuledici ilə təmin olunmuş, stolun üzərində domino, rəflərdə isə ət də daxil olmaqla müxtəlif məhsullar var idi. Rəhbərlik qeyd etdi ki, məhbuslar ət məhsullarını saxlamadan yedikləri üçün soyuducuda yoxdur.

Bu korpus da digərləri kimi mərkəzləşdirilmiş şəkildə qızdırılır. Isti hava kamerada qapı üzərindəki kiçik pəncərədən daxil olur.

Korpusda hər biri 1,2×2,0 m ölçüdə 3 biryerlik kameranı özündə birləşdirən karserə baxış olub. Kameraların döşəməsində taxta yataq və bir oturacaq və ya kiçik stol var. Hündürlüyü 3 m olan tavanda 35×40 sm olan deşik açılmışdır. Kameralarda ayaqyolu yoxdur.

3 saylı korpus 22 kameradan ibarətdir və koloniyalara köçürülməyi və ya apellyasiya baxışını gözləyən məhkumlar üçün nəzərdə tutulub. 6 yerlik kameranın ölçüsü 2,5×4,0 m-dir. Kamerada radioqəbuledici, elektrik qızdırıcısı var idi. Işçilərin dediyinə görə, kameraya su gün ərzində 3 dəfə verilir. Baxılmış bütün kameralar yüklənməmişdi.

Hər bir korpusda məhbusların gündəlik müayinəsi üçün tibbi ambulatoriya var. Məsələn, geydiyyat jurnalına görə, 2 saylı korpusun ambulatoriyası iyun ayında 1-dən 34-dək adam qəbul etmişdir. Məhbusların əsas şikayəti başda, qarında, ayaqda olan ağrılarla, dəri xəstəlikləri ilə bağlıdır.

Məhbuslar arasında vərəmə yoluxmuş xəstələr də vardır ki, onlar da daha yaxşı şəraiti olan 7 və 14 saylı kameralarda saxlanılır. 14 saylı kamera adi 8-10 yerlik kameraya oxşayıb, sahəsi təxminən 4×4 m, standart ölçülü (50×80 sm) iki pəncərə, ayaqyolu, stol, skamyalar və şkafdan ibarətdir. Buna baxmayaraq çarpayı 1 mərtəbəlidir. Kamera təmizdir, normal iy var, yaxın vaxtlarda burada dezinfeksiya işinin aparıldığı hiss olunur, ayaqyolunun deşiyi tıxacla tutulmuşdur. Krantdan gələn sudan başqa kameraya əlavə qaynadılmış su da gətirilir. 7 saylı kamera bir qədər böyük ölçüyə malik olub 6 xəstə üçün nəzərdə tutulmuşdur.

Həbsxananın tibb-sanitar bölməsi ayrı yerdə yerləşir. O, stomatoloji da olmaqla, həkimlər və prosedurlar üçün nəzərdə tutulan 4 kabinetdən ibarətdir. Lakin tibb-sanitar bölmə məhbusların müalicəsi üçün stasionar imkanlara malik deyil, ona görə də daha ciddi xəstə məbuslar Ədliyyə Nazirliyinin Mərkəzi İslah-Müalicə Müəssisəsinə göndərilir.

4 saylı korpus 2,6 və 8 yerlik 50 kameradan ibarətdir. Onların hamısı taxta döşəmə, “asiya” tipli daxili ayaqyolu və stol-skamyalara malikdir. İkiyerlik kameralar xəstə məhbuslar üçün nəzərdə tutulub və yaxşı şəraitə malikdir: kameranın ölçüsü 3×5 m-dir (adambaşına 7,5 kv.m), adi çarpayılar, şkaf və bir pəncərə var. Altıyerlik kamera 4×5 ölçüdə olub, 3 ikimərtəbəli çarpayıdan ibarətdir. Səkkizyerlik kamera 5×5 m, hər biri 45×60 m ölçüdə 2 pəncərə və dörd ikimərtəbəli çarpayıya malikdir. Kamerada tavan 3 m-dən aşağı deyil. Hər mərtəbədə hamam var.

Təsərüfat xidməti ümumi və ciddi rejimdə azadlıqdan məhrum olan könüllülər tərəfindən həyata keçirilir. Onlar ayrıca 33 nəfər üçün nəzərdə tutulan 5×10 m ölçülü, iki və birmərtəbəli çarpayılar olan otaqda yerləşir. Bundan əlavə, müəyyən ərazidə namaz qılmaq üçün 4×5 m ölçüdə məscid tikilir. Həbsxana rəhbərliyi yerli Pirin mollaları ilə danışıqlar aparıb, məscidin kitablarla və s. təmin olunması haqda razılığa gəlib.

Çörək bişirilən yer bir neçə il əvvəl məhbuslar arasında şikayətlərin artması zərurətindən inşa olunmuşdur. O, həbsxananın tələbatını tam ödəyir. Su təchizatı artezan quyusu vasitəsilə təmin olunur. Su diametri 7 m və həcmi 75 kub.m olan açıq hovuza vurulur. Bunun nəticəsində gün, ərzində kameralara 3 dəfə suyun verilməsi və hər həftə hamamın işləməsi mümkün olur. Praktiki olaraq bütün kameralarda qızdırıcılar var, bunsuz isə içməli su tapmaq mümkün olmazdı.

Şüvəlan həbsxanasının əsas problemlərindən biri onun dənizə yaxınlığı səbəbindən rutubətli olmasıdır ki, yayın istisində bu da özünü kəskin büruzə verir.

Gəncə həbsxanası

Bu müddət ərzində AHMM-nin əməkdaşları Gəncə həbsxanasında (ƏN-nin 2 saylı istintaq təcridxanasında) olmamış və orada məhbusların vəziyyəti ilə bağlı monitorinq dolayı metodlarla aparılmışdır. Həbsxana bir neçə Cənub və ölkənin yaxın regionlarına xidmət edir. Rəsmi məlumata görə, 2000-ci ilin martında burada 565 nəfər saxlanılmışdır.

Ümumilikdə, 1998-1999-cu illərdə həbsxana şəraiti ilə bağlı narazılığ olmamışdır. Lakin 1999-cu ilin noyabrında burada A.Bayramovun ürək nahiyəsinə deşici alətlə vurulmuş və xüsusi zorakılıqla müşahidə olunan qətl hadisəsi baş vermişdir. Bu fakt üzrə cinayət işi qaldırılmamış və prokurorluq bunu özünəqəsd kimi qiymətləndirmişdir.

Tərbiyə-əmək koloniyası.

Azərbaicanda yeganə tərbiyə-əmək koloniyası 1999-cu ildə belə bir halla üzləşmişdir ki, 50-60 yetkinlik yaşına çatmayan yeniyetmə 150 əməkdaşın işlədiyi (onlardan 80-i mühafizəçi olub) keçmiş böyük koloniyada yerləşdirilib. Ona görə də qadın həbsxanasının (4 saylı İƏM) müəyyən ərazisi yenidən təmir olunaraq yeni TƏM-ə çevrilmiş və tərbiyəçiləri bura gətirmişlər. TƏM-nin keçmiş yerində isə ciddi rejimli yeni koloniya yerləşdirilmişdir. Yeni koloniya tam rahatdır və yaxşı təmir olunmuş məktəbə malikdir. Amma AHMM-nin əməkdaşları 1999-cu ilin dekabrında TƏM-də olarkən burada 1991-ci ildən sonra dərc olunan bir məktəb vəsaiti belə əldə etməmişlər. Hətta tarix və ədəbiyyat dərslikləri Sovet dövründə çap olunan vəsaitlərdir. Amma tərbiyəçi də təsdiq edib ki, yeni dərsliklər var, lakin siniflər üzrə bölünmədiyindən uşaqlara paylanmayıb. Ancaq Azərbaycan qanunvericiliyində də TƏM-ndə iki – ümumi və ciddi rejimdə olması vacibliyi göstərilib ki, ilk dəfə həbs edilənlərlə təkrar məhkum olunanlar bir-birindən ayrılsın.

Qadın koloniyası

4 saylı İƏM (“Qadın koloniyası”) yenə də qadınların saxlanıldığı yeganə koloniya qalır. 1999-cu ilin avqustunda AHMM-nin əməkdaşları koloniyada monitorinq keçirərkən burada 280 məhbusdan yalnız 5 qadın ciddi rejimdə saxlanılırmış. Ona görə də ciddi rejimli ayrıca koloniyanın tikilməsi məqsədəmüvafiq sayılmayıb.

Koloniyada bir briqadada birləşən 16 əlil saxlanılıb. Onların hamısı təxminən 5×7 m ölçüdə olan bir otaqda yerləşdirilib.

Koloniyada çörək, tikiş və xalça sexlərinə əlavə olaraq, məhsulu satışa çıxarılan göbələk sexi də açılıb. 4 saylı İƏM-nin ərazisində TƏK-nın yerləşdirilməsi ona gətirib çıxarıb ki, uşaqlı qadınların ayrıca zonası ləğv olunub. Baxış zamanı onların sayı 3 nəfər olub, bir qadın isə hamilə imiş.

1999-cu ildə namaz qılmaq üçün otaq ciddi təmir edilib. Burda məhbuslardan ərəbcə oxumağı bacaran və ayinləri bilən, molla rolunu yerinə yetirən bir nəfər xidmət edir. Mətbuatın yazdığına görə, o, bir il ərzində 25 məhbus İslama yönəldə bilib.

Digər İƏM-də olduğu kimi, 4 saylı İƏM-nin kitabxanasının fondunun əsasını məhdud mövzuda – əsasən hərbivətənpərvərlik tərbiyəsi və kommunist ideologiyasının tətbigindən bəhs edən, keçmiş Sovet Otdusunun hərbi hissəsinin kitabxanasından götürülmüş kitablar təşkil edir. Ona görə də kitabxanaya AHMM-nin və digər həmkar təşkilatlar tərəfindən demokratiya, insan hüquqları, qadın hüquqları, ABŞ-ın iqtisadiyyatı və tarixi, İslam haqda onlarla kitab bağışlanmıdır.

Rəhbərliyin sözlərinə görə, bir qadın məhbusun ay ərzində saxlanılmasına 200-250 min manat (45-57$) sərf olunur. Buna görə də işləyən məhbuslar saxlanmalarına özləri xərc çəkməlidir.

1999-cu ilin iyununda İƏM əməkdaşlarının əmək haqqısı artırılıb və əvəllər 200-220 min manat (50$) olan nəzarətçi indi 300-350 min manat (70-80$) alir. Rütbədən asılı olaraq digər əməmkdaşların əmək haqqısı 80-150$ arasındadır.

4 saylı İƏM-də qadın məhbusların müdafiəsi üzrə proqram həyata keçirən Azərbaycan Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin məlumatına görə, koloniyada məhbusların 99 faizinin narazılığı saxlanma şəraiti ilə bağlı deyil. Qadınların 80 faizə qədəri çaxarılmış hökmlə razı deyil və ona yenidən baxılmasını tələb edir.

Vərəm koloniyası

Vərəm xəstəliyinə yoluxmuş xüsusiləşdirilmiş İslah-Müalicə Müəssisəsinin yaradılması ideyası hələ 1970-1980-ci illərdə ortaya çıxmışdır. Lakin onun adi koloniyanın yerində fəaliyyət göstərilməsi yalnız 1998-ci ildə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Beynəlxalq Qızıl Xaç və Səhiyyə Nazirliyi ilə birgə vərəm əleyhinə mübarizə proqramı çərçivəsində mümkün olmuşdur. Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Böyük Şor qəsəbəsində yerləşən əsas korpuslarının yerləşən əldə olunmuş uğurlu nəcitələrə əsasən, bu təcrübəni ayrıca xüsusiləşdirilmiş koloniyada yaymaq qərara alınıb. Səhiyyə Nazirliyinin bu proqramda iştirakdan imtina etməsinə baxmayaraq, bu iş davam edir. Vərəmli məhbuslar üçün yeni və ya Xüsusiləşdirilmiş İslah-Müalicə Müəssisəsi 3 saylı İƏM-nin yerində yaranıb. Koloniya xəstəliyin müxtəlif dərəcələrinə uyğun olaraq xüsusi zonalara bölünüb.

Yalnız xəstəliyə yoluxmamış və sağalmış məhbuslar üçün otaqlarda çarpayı 2 mərtəbəlidir, digər palatalarda isə çarpayılar adi xəstəxanalarda olduğu kimidir. Döşəmələr kafel və linoleumla döşənmişdir.

Xəstə məhbusların saxlanma rejimi ( görüşlərin, bağlamaların sayı) xəstəliyin mərhələlərindən deyil, məhkəmə tərəfindən müəyyənləşdirilmiş cəzadan asılıdır. Adi koloniyalardan fərqli cəhət ondan ibarətdir ki, yi yoluxmuş mərhələdə olan ağır xəstələrin görüşü həkimin nəzarəti altında keçir və bu kateqoriyadan olan xəstələrin görüşünün uzun davam etməsinə məsləhət görülmür.

Adi İƏM-də olduğu kimi, burada 2-3 adamlıq kameralar və gəzinti üçün həyət olan cərimə təctidxanası var. Bu palatalarda xəstələr adi çarpayılarda yerləşdirilib.

Adi koloniyalara nisbətən burada qidalanma və dərmanlarla təchizat nəzərəçarpacaq dərəcədə yaxşıdır. Müalicə üçün avadanlıqları müasirdir. Vərəmə yoluxmuş məhbuslardan adi cərrahi xəstələri müdafiə problemini həll etmək məqsədilə xüsusi ayrı cərrahiyyə bölməsi var.

Nəzərə alsaq ki, vərəmə yoluxmuş xəstələr məhbusların 8-10%-ni təşkil edir, onda 1200-1500 yerlik stasionarın olması zəruridir.

Mənbə: “Azərbaycan Hüquq Müdafiə Mərkəzi”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO