"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

July 2008
M T W T F S S
« Jun   Aug »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Arxiv

Partnyorlarımız

Alkatras (ABŞ)

Alkatras İspan sözüdür. 1775-ci ildə ispaniyalı Xuan Manuyel de Ayala bu gün San-Fransisko gölü adlanan bu yerə birinci olaraq gəlmişdir. Onun ekspedisiyası buruqların xəritəsini tərtib etdi və üç adadan birini Alkatras adlandırdı, tədricən isə bu söz Alkatras halını aldı. Bu sözün etimologiyası ilə bağlı indiyədək mübahisələr gedir. Belə bir fikir var ki, “Alkatras” sözünün mənası “qəribə quş” deməkdir.

1850-ci ildə prezidenin fərmanı ilə ada ABŞ-ın hərbi bazası kimi istifadə olunmağa başladı. Tədricən adada ilk hərbçi məhbuslar görünməyə başlandı. Vaxt keçdikcə, Alkatrasın müdafiə funksiyası azaldı, həbsxana rolunda isə 100 ildən artıq fəaliyyət göstərib.

1909-cu ildə yeni həbsxananın bünövrəsini saxlamaq məqsədilə ordu zirzəmini saxlayaraq qalanı sondu. 1909-cu ildən 1911-ci ilədək həbsxana binasını inşa etdilər ki, bu da ABŞ ordusu cəza kazarmalarının Sakit Okeandakı bölmələrinə aid idi. Elə bu bina da sonra Skala adını aldı. Ordu adanın 80 il müddətində, 1850-ci ildən 1933-cu ilədək, Alkatrası ABŞ Ədliyyə Departamentinin, daha dəqiq desək, həbsxanalar üzrə Federal Burosunun tabeçiliyinə verilənədək fəaliyyət göstərib. Hökümət bununla da orada məhbusların hüquqlarını minimum səviyyədə qorumaqla ciddi rejimli yaxşı mühafizə olunan həbsxana yaratmağı qərara alır. Bununla da cəmiyytə göstərmək istəyir ki, federal hökümət 20-ci və 30-cu illərdə ABŞ-ı narahat edən cinayətkarlığın səviyyəsini azaltmaq qayğısına qalır.

Alkatras həbsxana kimi, kitab və kinofilmlərdə təsvir olunduğu qədər də “amerika şeytanlar adası” olmamışdır. Adətən həbsxanada 260-275 məhbus saxlanılır. Baxmayaraq ki, o 336 adam üçün nəzərdə tutulub, onun imkanlarından heç vaxt tam istifadə edilməyib. Alkatrasda ölkə üzrə məhbusların ümumi sayından 1%-dən də az məhkum cəza çəkib. Bir çox məhbuslar Alkatrasda yaxşı saxlanma şəraitinin olduğunu qeyd etmişlər (məsələn, hər kamerada 1 adam yerləşdirilib). Şərait digər federal həbsxanalarından yaxşı olduğu üçün, bir neçə məhbus hətta onların Alkatrasa keçirilməsini xahiş edib.

mənbə: www.agentura.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO