"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

July 2008
M T W T F S S
« Jun   Aug »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Arxiv

Partnyorlarımız

“Tegel” həbsxanası

Berlindəki “Tegel” həbsxanası öz köntingenti ilə məşhurdur. 1700 məhbusun əksəriyyəti residivistlər, qətl, qarət, zorakılıq və digər ağır cinayətlərə görə cəza çəkənlərdir. Milliyyətcə həbsxanada cəza çəkənlərin 40%-i xarici ölkə vətəndaşlarıdır. Onlar 66 ölkənin, ö cümçlədən Rusiyadan da olan vətəndaşlardır. Alman qanunlarına görə, bütün məhbuslar işləməlidirlər. Bunu çoxları istəyir, lakin hər iki nəfərdən yalnız biri üçün iş yeri vardır. Almaniya və Rusiyanın azadlıqdan məhrumetmə yerlərində olduğu kimi, işsizliyin səviyyəsi yüksəkdir.

“Tegel”in məhbuslarının 400-ə yaxını daxili işlərdə çalışır. Əsasən onlar xadimə, aşpaz, paltar yuyan və bərbər işləyilər. 4 nəfər jurnalistlərlə birgə işləyərək “Prosvet” qəzetini buraxırlar. Digər məhbuslar isə yeməkxana üçün stul, polad şkaf və ofislər üçün seyflər hazırlayır, çörək, bəzi vaxtlarda isə tort, pirojna və digər qənnadı məmulatları bişirirlər.

“Tegel” həbsxanasının rəhbərliyi iş yerlərinin yaradılması və əlavə gəlirlərin əldə olunması üçün yollar axtarırlar. Yaxın vaxtlarda həbsxananın maddi vəsaitinə şəxsi investisiyalar da əlavə olunacaq. Ədliyyə idarəsi “Tegel” həbsxanası rəhbərliyinin həbsxana daxilində şəxsi müəssisələrin bir neçə filialının açması qərarını müdafiə etmişdir. Artıq bu il 8 firma dövriyyə vəsaiti ayıraraq öz avadanlığı ilə sexi təmin edəcəkdir. Onlardan biri 120 iş yeri açmaq məqsədilə 1 mln. yevro ayıracaq. Məhbuslar 3 növbə ərzində yüksək keyfiyyətli kartof-frinin və pürenin istehsalı üçün kartof təmizləyəcəklər. Çünki əl işi mexaniki və kimyəvi prosesdən daha yaxşıdır. Digər firma isə sulu yemək dəstləri buraxacaq, yeni çörək sexi isə gün ərzində 35 000 ədəd məhsul istehsal edəcək.

Şəxsi sahibkarların həbsxana biznesinə marağı başa düşüləndir: ona görə ki, məhbuslara azadlıqda olan fəhlələrə nisbətən 10 dəfə az əmək haqqı verilir və investor bütün növ sosial sığorta ilə bağlı ciddi xərclərdən azad olunur. O, muzdlu məhbus-fəhləyə nə xəstəxana kassasına, nə də pensiya fonduna vəsait ödəmir. Çünki məhbusun işsizliyə və pensiyaya görə müraciət etmə hüququ yoxdur. Sahibkar üçün başqa güzəştlər də var.

Məsələn, xəstələnmiş fəhləni digər məhbus əvəz edir. Həbsxana istehsalının başlıca çatışmazlığı ondan ibarətdir ki, məhbusların əksəriyyəti yüksək ixtisasa malik deyillər. Çünki onlar bu ixtisası nə azadlıqda qazanmamış, nə də həbsxanaya düşənədək bu sahə üzrə işləməmişlər. Buna baxmayaraq, hər bir şey nəzərə alınmış və hesablanmışdır: almaniyalı investor öz zərərinə görə heç vaxt vəsait ayırmaz.

Mənbə: həftəlik “Trud” qəzeti

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO