"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Penitensiar Xidmət məhkumlar barədə elektron məlumat bazası yaratmaq arzusundadır

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti məhkumların elektron qeydiyyat sisteminə keçilməsi və özünün məlumat bazası yaradılması məqsədilə, Avropa Şurasına müraciət edib. Təklif artıq araşdırılır. İndi Penitensiar Xidmət məhkumların eyniləşdirici əlamətlərini (əl barmaq izləri, təsviri və s.) və onların həbsindən azadlığa buraxılmasınadək bütün yerdəyişmələri barədə məlumatları əks etdirən məlumat toplusunun yaradılmasında beynəlxalq təşkilatların dəstəyinə ümid bəsləyir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bütün bunların hələlik söhbət olaraq qaldığını bildirib: “Lakin ölkədə kargüzarlıq işinin elektronlaşdırılmasını nəzərə alsaq, şübhəsiz ki, biz də gec-tez elektron texnologiyaların tətbiqi ilə məlumat bazasını yaratmalı olacağıq”.

Mənbə: http://www.echo-az.com

Təqvim

July 2008
M T W T F S S
« Jun   Aug »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO