"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

July 2008
M T W T F S S
« Jun   Aug »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Arxiv

Partnyorlarımız

Nizamnamə

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin Nizamnaməsi

I. ÜMUMİ MÜDDƏALAR

l.l. «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi (bundan sonra – Birlik adlandırilacaq) ümumi maraqlar əsasında birləşmiş, könülülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsaş məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və faaliyyəti bütün ölkə ərazisini əhatə edir.

1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Koostitusiyası, «Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.

1.3. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır. Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştamp, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.

1.4. Birliyin yerləşdiyi ünvan: Bakı şəhəri, Bülbül prospekti 11, mənzil 1.

II. BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2.1 Birliyin fəaliyyətinin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində azadlıqdan məhrumetmə yerlərinə ictimai nəzarəti həyata keçirməkdən ibarətdir.

2.2. Birlik məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir;

-beynəlxalq və yerli qanunvericilik aktları ilə müəyyən edilmiş insan hüquqları çərçivəsində məhkum edilmiş şəxslərin hüquqlarının müdafiəsini həyata keçirmək;

– insan hüquqlarına dair Beynəlxalq Konvensiyanın tələblərini təbliğ etmək ;

– cəzaçəkmə yerlərinin və məhbuslarla davranış qaydalarının beynəlxalq standartlara uyğunlaşdırılmasına kömək etmək;

– azadlıqdan məhrumetmə ilə bağlı olmayan yeni cəza növlərinin tətbiq olunması, qanun pozuntularına qarşı ictimai təsir metodlarından istifadə edilməsini təbliğ etmək;

– Azərbaycandakı beynəlxalq və qeyri-hökumət təşkilatları ilə cəzaçəkmə müəssisələri arasında əməkdaşlığın genişlənməsinə yardım etmək;

– azadlıqdan məhrumetmə yerlərində insan hüquqlarının vəziyyətinə dair monitorinq aparmaq;

– monitorinqin nəticələri barədə ictimaiyyəti məlumatlandırmaq;

– elmi-tədqiqat işləri aparmaq.

2.3. Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:

– müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirir;

– məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir;

– xarici ölkələrdə fəaliyyət göstərən təşkilatların onun məqsəd və mənafelərinə zidd olmayan tədbirlərinə qoşulur.

2.4. Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkisində iştirak edə bilməz.

III. BİRLİYİN HÜQUQLARI

3.1. Birlik aşağıdakı hüquqlara malikdir:

– öz adından əqdlər bağlamaq, əmlakı və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək;

– fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;

– Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək;

– müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarına qoşulmaq, könüllülük prinsipi əsasında birləşərək ittifaqlar yaratmaq, hüquqi şəxslərin ittifaqlarının yaradılmasında iştirak etmək, belə ittifaqlara qoşulmaq;

– banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;

– müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;

– qanunvericilikdə qadağan edilməyən və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

– Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

IV. BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ

4.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.

4.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.

43. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:

– təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;

– idarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələri;

– səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər;

– öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

– qrantlar;

– sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər;

– təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər;

– qanunvericilikdə qadağan olunmamuş digər mədaxillər.

4.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.

4.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafıq olaraq öz əmlakı üzərində sahibli istifadə və sərəncam hüququna malikdir.

4.6. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.

4.7. Birlik siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.

4.8. Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatları tərtib edir və dovlət orqanlarına təqdim edir.

V. BİRLİYİN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

5.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər,

5.2. Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu Nizamnamə ilə müəyyən edilir.

5.3. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar.

5.4. Birliyə üzvlərin qəbulu Birliyin idarə Heyəti tərəfindən aparılır.

5.5. Birliyə daxil olmaq üçün idarə heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində idarə heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.

5.6. Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:

– bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;

– Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq;

– Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;

– Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;

– öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;

– onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafıq orqanlarına etirazını bildirmək və şikayət etmək.

5.7. Birliyin üzvü yalnız Birliyin müvafıq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər;

5.8. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

– Birliyin Nizamnaməsinə əməl etmək;

– Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;

– Nizamnamə tələblərinə riayət etmək;

– Birliyin tədbirlərində iştirak etmək.

5.9. Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.

5.10. Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:

– könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;

– Birliyin üzvlüyündən çıxarıldıqda.

5.11. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:

– Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;

– mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;

– Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.

5.12. Üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər.

5.13. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.

VI. BİRLİYİN TƏŞKİLATİ STRUKTURU VƏ İDARƏETMƏ ORQANLARI

6.1. Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır.

6.2. Ümumi Yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır,

6.3. Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir,

6.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir:

– Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;

– Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;

– Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;

– İllik hesabatın təsdiq edilməsi;

– başqa təşkilatlarda iştirak;

– Birliyin yenidən təşkili və ləğv edilməsi;

– Birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi.

6.5. Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.

6.6. Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi və təşkilatın yenidən təşkili və ləğvi barədə qərarın qəbulu üçün 2/3 səs çoxlugu tələb olunur.

6.7. Birliyin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir.

6.8. İcra orqanı Birliyin Sədrindən, onun müavinlərindən və digər şəxslərdən ibarət olan İdarə Heyətidir.

6.9. İdarə Heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:

– Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;

– təkliflər və layihələr irəli sürür;

– Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;

– Birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətiərinə aid edilməyən bütün məsələləri həll edir.

6.10. İdarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarla sadə səs çoxluğu ilə qəbul edilir.

6.11. İdarə Heyətinin sədri, müavinləri və digər üzvləri Birliyin Ümumi Yığıncağı tərəfindən 2 (iki) il müddətinə seçilir,

6.12. Sədr:

– Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, Ümumi Yığıncağ və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir;

– Ümumi Yığıncaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.

6.13. Birliyin Nəzarət-təftiş komissiyası birliyin vəzifəli şəxslərinin və üzvlərin fəaliyyətinin Nizamnaməyə uyğun olması, habelə Birliyin maliyyə fəaliyyəti üzərində nəzarət həyata keçirir. NTK üzvlərinin sayı Ümumi Yığıncaq tərəfmdən müəyyan edilir. NTK-nın səlahiyyət müddəti 2 (iki) ildir. NTK-nın qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

6.14. NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan müraciətlorə bir ay müddətində baxıb cavab verməlidir,

VII. BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ

7.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

7.2. Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.

VIII. DİGƏR ŞƏRTLƏR

8.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.

8.2. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.

8.3. Birliyin maliyyə ili qeydiyyata alındığı vaxtdan başlayır və növbəti ilin 31 dekabrında başa çatır. Növbəti maliyyə ili isə 1 yanvarda başlayır və dekabr ayının 31-dək olan dövrü əhatə edir.

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO