"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

July 2008
M T W T F S S
« Jun   Aug »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Arxiv

Partnyorlarımız

ABŞ-da insan hüquqları ilə bağlı vəziyyət: hüquq mühafizə orqanlarında insan hüquqlarının pozulması

ABŞ hüquq mühafizə orqanlarında qulluq mövqeyindən sui-istifadə halları vətəndaşların hüquqlarını əhəmiyyətli dərəcədə pozur. Bu barədə ÇXR Dövlət Şurasının mətbuat xidməti tərəfindən 2007-ci ildə ABŞ-da insan hüquqları ilə bağlı vəziyyətin təhlilinə dair martın 13-də yayılan sənəddə deyilir.

ABŞ Ədliyyə Nazirliyinin hesabatına əsasən 2001-2007-ci illərdə ədalət mühakiməsi orqanları işçilərinin qulluq mövqeyindən sui-istifadə hallarından edilən şikayətlərin sayı 25 faiz artıb. Ancaq onların əksəriyyətinə qarşı ittiham irəli sürülməyib. Nümunə kimi hesabatın müəllifləri Çikaqo şəhərini göstərirlər ki, burada 2001-ci ilin mayından 2006-cı ilin iyun ayına kimi 2451 polis işçisinin hər biri barəsində 4-10 şikayət qeydə alınıb. Ayrıca 662 polis işçisi barəsində şikayətlərin sayı ondan artıqdır. Bununla belə, onlardan cəmi 22 nəfəri cəzalandırılıb.

Birləşmiş Ştatlar dünyada ən böyük “həbsxana”dır. EFE agentliyinin keçən ilin sonlarında ABŞ məhkəmə statistikasına istinadən verdiyi məlumata əsasən son 30 ildə ABŞ-da məhkumların sayı 500 dəfə artıb. 2006-cı ildə ABŞ həbsxanalarında 2,26 milyon məhkum olmuşdur. Planetin əhalisinin yalnız 5 faizinin yaşadığı ABŞ-ın payına dünyadakı məhkumların 25 faizi düşür, başqa sözlə hər 100 000 amerikalıdan 751 nəfəri barmaqlıqlar arxasındadır.

ABŞ Dövlət Departamentinin 2007-ci ilin dekabrında açıqladığı statistik məlumatlara əsasən ABŞ həbsxanalarındakı 60,5 min məhbus, yəni məhbusların 4,5 faizi seksual zorakılığa, özü də onların 2,9 faizi seksual zorakılığa həbsxana nəzarətçiləri tərəfindən məruz qalır. ABŞ hökumətinin 16 yanvar 2007-ci il tarixli hesabatında deyilir ki, ölkənin 5 həbsxanasında humanizm prinsiplərinə zidd olaraq qeyri-qanuni mühacir olması şübhə edilən şəxslər təhqirə məruz qalmışdır.

Sənəddə göstərilir ki, Amerika həbsxanalarında məhkumların daima QİÇS xəstəliyindən və ya tibbi ləvazimatlar və dərman preparatları ilıə təmin olunmamaları üzündən ölüm halları müşahidə edilir. 2005-ci sonuna kimi ABŞ həbsxanalarında 22480 insan immunçatışmazlığı virusuna yoluxma və QİÇS xəstəliyinə tutulma halları müşahidə edilmişdir. 2005-ci ildə QİÇS xəstəliyindən ştatların həbsxanalarında 176 nəfər, federal həbsxanalarda isə 27 nəfər vəfat edib.

ABŞ ədalət mühakiməsinin ədalətliliyinə kifayət qədər şübhələr var. Statistikaya əsasən 1989-cu ildən DNT analizi vasitəsilə 209 nəfərin təqsirsizliyi sübuta yetirilib, ancaq azadlığa buraxılana qədər həmin şəxslər orta hesabla 12 il gözləməli olublar. Assosiated Press agentliyi 3 yanvar 2008-ci ildə bildirib ki, seksual cinayətlərdə təqsirləndirilərək, 99 il müddətinə azadlıqdan məhrumetməyə məhkum edilmiş Texas ştatının sakini Çarlz Çatman barmaqlıqlar arxasında 26 il keçirdikdən sonra DNT analizi əsasında bəraət alıb.

Mənbə: Sinxua Agentliyi

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO