"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

June 2008
M T W T F S S
« Nov   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Arxiv

Partnyorlarımız

Yaponiyada dörd məhkum edam edilib

Yaponiyada dörd məhkum edam edilibYaponiya Ədliyyə Nazirliyi ölümə məhkum edilmiş dörd məhkumun, o cümlədən silsilə qətllər törətmiş Tsutomu Miyadzakinin, edam edildiyi barədə məlumat yayıb. O, 1980-ci illərin sonunda 4-7 yaşlı dörd qızın oğurlanması və vəhşicəsinə qətlinə görə məhkum edilmişdi.

Yaponiya Avropa Şurası və hüquq müdafiə təşkilatları tərəfindən ölüm cəzasının mövcudluğu səbəbindən tənqid edilir. Ancaq sorğular göstərir ki, ölkə əhalisinin əksəriyyəti müstəsna cəza tədbirinin saxlanılmasının tərəfdarıdır.

Eyni zamanda Yaponiya parlamentində bir qrup deputat dar ağacından imtina etməyə və daha humanist edam üsulunu seçməyə çağırır.

Ölkənin hazırkı ədliyyə naziri Kunio Xatoyama ölüm hökmlərinin təsdiq edilməsi üzrə bütün rekordları vurub. Ötən ilin dekabrından etibarən o, ölüm cəzasının icrası barədə 13 sərəncam imzalayıb.

Mənbə: NEWSru.com

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO