İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova xəstəxanada olan â€Müxbirlərin Azadlığı və Təhlükəsizliyi†təşkilatının sədri Emin Hüseynlinin vəziyyətini araşdırıb və istintaqın obyektiv şəkildə aparılması tələbi ilə Daxili İşlər Nazirliyinə müraciət edib. Bunu 1news informasiya agentliyinə Ombudsman Aparatının mətbuat xidmətindən bildiriblər. E.Hüseynlinin şikayətində göstərildiyinə əsasən, o, iyunun 14-də kafedə bir qrup gəncin keçirdiyi aksiyanı lentə alarkən polis işçiləri tərəfindən tutulub.
Bir neçə saatdan sonra E.Hüseynli azadlığa buraxılıb. Bölmədə olarkən o, mülki geyimli şəxslər tərəfindən işgəncəyə məruz qalıb ki, nəticədə də onun sağlamlığı kəskin şəkildə pozulub.
E.Hüseynli kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hazırda həkimlər onun sağlıq durumunu qənaətbəxş saysa da, ona yataq rejimindən çıxmamaq tövsiyə olunur.
Mənbə: 1news