"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

June 2008
M T W T F S S
« Nov   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Arxiv

Partnyorlarımız

II Yekaterinanın dövründə Rusiya həbsxanaları

Hakimiyyətinin ilk illərində Yekaterina həbsxanaların fəaliyyətinin yenidən qurulması barədə fəaliyyət planı hazırladı. Həbsxanaların təşkili ilə bağlı oraya daxil edilən müddəalar təkcə Rusiyanın deyil, digər ölkələrin də azadlıqdan məhrumetmə yerlərindəki vəziyyətlə tam ziddiyyət təşkil edirdi.

Yekaterinanın layihəsinin hazırlandığı vaxt Hovardın ideyaları Rusiyada artıq məşhur idi, 1791-ci ildə isə onların təbliği sahəsində addımlar atılmışdı. Bu, “Məhkəməşünaslıq teatrı və ya hakimlər və hüquqşünaslıqla maraqlanan bütün şəxslər üçün, mühüm və maraqlı məhkəmə işləri, məşhur hüquqşünasların hüquqi tədqiqatları və işıqlandırılması, araşdırılması asan olan, müsbət hisslər oyadan və asudə vaxtı səmərəli keçirməyə kömək edən hadisələrdən ibarət qiraət. Topladı Vasili Novikov” kimi geniş ada malik Rusiyanın ilk hüquq jurnalı vasitəsilə edilirdi.

Həbsxana islahatının layihəsi Hovardın ayrı-ayrı ölkələrin həbsxanalarındakı vəziyyəti etdiyi tənqidi nəzərə alan həbsxana quruluşunun yaradılmasını bir vəzifə kimi ortaya qoyurdu.

İmperatriçənin özünü reklam etmək məqsədilə yazdıqları və reallıqda xalq üçün yaratdıqlarının müqayisəsi baxımından bu layihə xüsusi maraq kəsb edir: onun sözləri ilə əməli dərin bir uçurum mövcud idi. Əslində bu layihənin təbliği üçün az iş görülməmişdi. Yekaterinanın dövründə Rusiyanın bir neçə şəhərlərindəki həbsxanalara baxan və Rusiyaya və digər ölkələrə səyahətini təsvir edən Koks soyadlı bir ingilis oxucuları bu layihə ilə tanış edir. Yüz ildən sonra, 1873-cü ildə Rusiyada həbsxana islahatı məsələsi ortaya çıxdıqda Yekaterinanın layihəsi arxivdən çıxarılaraq üç dəfə nəşr edilərək, “Rusiya cinayət mühakimə sisteminə məhəbbət və mərhəmət kimi təməl əsasları gətirən dahi islahatçının zəkası”nın orijinal bir məhsulu kimi təqdim edilmişdir. Yekaterinanın əsərinin orijinal bir layihə olmasını sübut etmək üçün, Koks göstərir ki, Hovardın “Həbsxanalar və hospitallar haqqında” adlı kitabı ingilis dilində 1777-ci ildə, yalnız 1784-cü ildə isə fransız dilində nışr olunmuşdur və yalnız 1784-cü ildən sonra Avropanı Yekaterinanın əmək evlərindəki kimi, səfil və yoxsulların həbsdə olduğu Gentdə yerləşən Belçika həbsxanası ilə tanış etmişdir.

Həbsxana quruluşunun layihəsi zəkanın məhsulu, sevgi və mərhəmət nişanəsi deyil, böyük fantaziya idi, onun reallığına heç Yekaterinanın özü də inanmırdı, belə ki, o, bu həbsxana islahatının həyata keçirilməsi üçün, Moskva və Peterburqda bu layihə üzrə həbsxanaların necə olacağının əcnəbilərə nümayiş etdirilməsindən başqa, heç bir şey etmədi.

Layihə ona görə fantaziya adlandırılır ki, o, Rusiya reallıqlarını əks etdirmirdi və Yekaterinanın məqsədlərinə cavab vermirdi.

Layihə ona görə maraq doğurur ki, nəinki Yekaterinanın dövründə, ondan sonrakı onilliklərdə də həbsxanaların vəziyyəti ilə ziddiyyət təşkil edirdi. Penitensiar ədəbiyyatda o xüsusi maraq kəsb etmir. Əgər o 1873-cü ildə yada düşmüşdüsə, elə həmin vaxtdaca unuduldu, çünki yüz il öncəki kimi əsassız idi.

Layihənin əsassızlığı məhkumların cinsinə görə bölünməsinə cəhddə, özü də kişilər və qadınlar üçün ayrıca həbsxana binalarının tikilməsi, istintaq altında olanların və məhkumların ayrıca saxlanılması, ölümə məhkum edilmiş məhkumların edama qədər saxlanılması üçün ayrıca həbsxanaların yaradılması da daxil olmaqla, müxtəlif kateqoriyaya aid olan məhkumlar üçün fərqli şəraitin yaradılmasın ilə müddəalarda özünü büruzə verirdi.

Layihənin yüz maddəsi bir neçə bölməyə ayrılır ki, bunlardan daüçü əsasdır: 1) müxtəlif kateqoriyaya aid məhkumlar üçün fərqli həbsxanaların yaradılması haqqında; 2) məhkumların saxlanma şəraiti haqqında; 3) həbsxana administrasiyası haqqında.

Layihənin həbsxanaların quruluşu haqqında olan birinci hissəsi məhkumların kateqoriyalarına görə müxtəlif qruplarda saxlanılmasını nəzərdə tutur.

Belə ki, layihə cinayət törətməyə görə məhkum edilmişləri vergiləri ödəməməyə görə məhkum edilənlərdən ayrı saxlanılmasını və birincilər üçün: 1) həbsdə saxlanılma üçün həbsxana; 2) müddətli azadlıqdan məhrumetməyə məhkum edilənlər və sürgün edilənlər üçün həbsxana və 3) məhkum edilənlər üçün həbsxana yaradılmasını nəzərdə tuturdu. Həbsdə saxlanılma üçün həbsxana məhbusların istintaq və məhkəmədən yayınmasının qarşısını almaq üçün yaradılan istintaq təcridxanasıdır. Müddətli azadlıqdan məhrumetməyə məhkum edilənlər və sürgün edilənlər üçün həbsxanada göstərilən iki qrup məhkumlar bir-birindən ayrı saxlanılmalı idi. Quberniya şəhərindəki məhkumlar üçün həbsxana üç xüsusi hissədən ibarət olmalı idi: 1) ölümə məhkum edilmişlər üçün; 2) ömürlük azadlıqdan məhrumetməyə məhkum edilənlər üçün və 3) katorqa işlərinə məhkum edilənlər üçün bölmələr. Bunların hər birində məhkumlar cinslərinə görə ayrı saxlanılırdı.

Təyin olunmuş cəzanın ağırlığına görə məhkumların təsnifatı ilə bağlı layihənin müddəaları bunlardır. Qanunvericiyə məhkumların bu təsnifatının müsbət cəhətləri bəlli idi, lakin Rusiyada həbsxanaların faktiki vəziyyəti ilə tanış olduqda, biz bu təsnifatın tələblərinin hətta minimal səviyyədə həyata keçirilməsi üçün nə qədər vaxt tələb olunduğunu görərik.

Layihənin həbsxana binalarının arxitekturası, sanitariyası və gigiyenası ilə bağlı maddələri Yekaterinanın penitensiar layihəsi və həbsxanalardakı vəziyyətin müqayisəsi üçün maraq kəsb edir. Layihə həbsxanaların axar suyun yaxınlığında və açıq havada tikilməsini nəzərdə tutur. Məhbusların sahənin, sobanın və sobanın yanındakı səkinin, həbsxana binalarındakı pəncərələrin ölçüsü (1,5 arşın) müəyyən edilmişdi. Həbsxananın həyətinə daş döşənməsi nəzərdə tutulurdu. Həbsxana xəstəxanalarında üç ədəd dəyişəyi olan yataqların, çarpayıların yanında kiçik stol və həkim personalının çağırılması üçün zəng yeləşdirilməsi, xəstələrə xüsusi xalat və papaqların verilməsi nəzərdə tutulurdu.

Bu xəstə papaqlarını və stolüstü zəngləri məhkumlar nə Yekaterinadan, nə də Romanovlar sülaləsinin sonrakı nümayəndələrinin heç birindən almadılar, ancaq onlar qala divarları arxasındakı rütubətli qazamatlarda, monastır həbsxanalarında aclıqdan, xəstəliklərdən və işgəncələrdən kütləvi şəkildə ölürdülər, ona görə də həkimlərin zəng vasitəsilə çağırılması ilə bağlı müddəalar acı istehza kimi görünür. Həbsxana rejimini müəyyən edərkən layihə imkansız məhkumların paltar və digər məhkumlarla birlikdə qida ilə təmin edilməsini nəzərdə tuturdu.

Mühafizəçinin, həbsxana rəhbərliyinə dərhal bildirməklə, məhbusu “qaranlıq zindan”a keçirmək hüququndan başqa, intizam tənbeh tədbirləri barədə heç bir şey deyilmirdi. Layihədə cismani cəzalar barədə heç bir şey deyilmirdi, sanki onlar mövcud deyil və olmamalıdır, bu arada isə Yekaterina cismani cəzaları çox geniş şəkildə tətbiq edir. Bu bir daha sübut edir ki, məhkəmə islahatının layihəsi Yekaterinanın Rusiya üçün deyil, Volter üçün ədəbi əsəridir. Qanunvericiliyinin liberallığını sanki bir daha vurğulamaq üçün, Yekaterina həbsxana işçisinin qulluğa başlamazdan öncə məhkumlarla “insanpərvər şəkildə, lakin zəiflik göstərmədən” davranacağına, onlara “qidanı, paltarı və s. lazımi qədər” verəcəyinə təntənəli surətdə and içməsini nəzərdə tutur.

Layihə quberniya və qəza şəhərlərində eyni həbsxanaların, lakin sonucularda daha az saylı kameralarla, yaradılmasını nəzərdə tutur. Lakin həbsxana kamerlarının iki fərqli ölçüsünü müəyyən edən layihə ayrı-ayrı şəhərlər arasında məhkumların sayı ilə bağlı fərqləri nəzərə almır. Kameranın uzunluğu və eni üç sajen, hündürlüyü iki sajen olmalı idi, lakin bu kamera üçün məhkumların sayı müəyyən edilmirdi. Bundan əlavə, kameraların ölçüləri müəyyən olunduğundan ya böyük, ya da kiçik olurdu. Belə ki, ölümə məhkum edilənlər üçün kameranın sahəsi dörd kvadrat sajen olmalı idi. Üç qrup məhkumların (hüquqlardan məhrum edilmişlər, hərəkət imkanları məhdudlaşdırılanlar və bunların heç birinə məruz qalmayanlar) hər biri üçün ayrıca binaların tikilməsi də sırf kabinet yaradıcılığının məhsuludur.

Həbsxana rejimi məhkumlardan alət və bıçaqların alınmalı və onların hər birinə öz imkanına görə geyim və qida verilməlı idi. Katorqa işlərinə məhkum edilənlər digər şəxslərlə ünsiyyət hüququndan məhrum edilirdi. Katorqa işlərinə məhkum edilənlər “digər şəxslərdən ayrı saxlanılmalı və heç kəslə nə yazılı, nə də şifahi ünsiyyət qurmamalı idilər”. Layihə ömürlük katorqaya məhkum edilənə məhkəmənin icazəsi olmadan “nə mürəkkəb, nə lələk, nə karandaş, nə də kağız” verməyi qəti şəkildə qadağan edir və onun yazdığı hər şeyə nəzarət etməyi tələb edirdi. Quberniyada azadlıqdan məhrumetmə yerlərinə ümumi nəzarət etmək üçün layihə həbsxana nəzarətçisi kimi xüsusi vəzifə nəzərdə tutur və onun qarşısında çoxsaylı vəzifələr qoyurdu. Həbsdə olanlarların qeydiyyatı da bu vəzifələrə aid idi. Həbsxananın birbaşa idarə edilməsini “türemşik” adlı vəzifəli şəxs həyata keçirirdi. Layihəyə əsasən, o, rəhbərlik etdiyi müəssisədəki vəziyyət barədə hər ay quberniyanın həbsxana nəzarətçisinə məlumat verməli idi.

Layihəyə görə, bütün azadlıqdan məhrumetmə yerlərinə şəxslər yalnız divanbəyi və ya ispravnikin yazılı icazəsi ilə götürülə bilərdilər, həbsxananın özündə isə həbsdə saxlanılma qeydə alınmalı idi.

79-cu maddə həbsdə olanların “otaqlarına yeməyin müəyyən olunmuş vaxtda gətirilməsini” nəzərdə tutur ki, “məhbuslar şaxtalı günlərdə soyuqdan, isti havada istidən əziyyət çəkməsinlər, layiqli geyimə malik olsunlar”. “Görünüş xatirinə” yazılmış maddələrdən biri də həbsxana rəhbərliyinin üzərinə üç sutkadan gec olmayaraq məhbuslara, tutulmalarının səbəbini izah etmək vəzifəsini qoyan 41-ci maddədir. Bu tələbin icra edilməməsi vəzifədən azad edilməyə səbəb olmalı idi. Ümumiyyətlə, layihənin bir sıra maddələri Rusiya vətəndaşlarının elə qrupunun qanunsuz olaraq azadlıqdan məhrum edilməsinə qarşı təminatlar nəzərdə tuturdu ki, bu vətəndaşların hüquqları az-çox hakimiyyəti olan şəxslər tərəfindən pozulurdu.

Mənbə: Gernet M., Çar həbsxanasının tarixi. 1-ci cild. M., 1951-1956

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO