"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

June 2008
M T W T F S S
« Nov   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Arxiv

Partnyorlarımız

Həbsxana-Sənaye kompleksi

Kaliforniyada Sakramentonun şərqindəki təpələrdə süni göl yaxınlığında, məhkum fəhlələr tərəfindən tikilmiş qranit divarlarla əhatələnən Folsom həbsxanası yerləşir. Folsom həbsxanası həbsxanaya orta əsrlərə xas məğrur qalaların görkəmini verən qüllələr və qotik stildə olan daş hörmələri ilə ucaldılmışdır. Bir əsrdən artıqdır ki, Folsom və San Kventin Kaliforniyanın penitensiar sistemində ştatın maksimum təhlükəsiz cəzaçəkmə müəssisələri hesab edilirlər. 1980-ci ilin əvvəllərində Kaliforniya məhkumlarının sayı artmağa başladığından, Folsom olduqca izdihamlı həbsxanaya çevrildi. Məhkumlar arasındakı toqquşmalar həftədə 6-7 dəfə bıçaqlama halları ilə nəticələnirdi. 1984-cü ildən 1994-cü ilədək Kaliforniyada 8 yeni maksimum təhlükəsiz müəssisə inşa edildi. Folsom həbsxana korpusunun tavanlarındakı güllə yerləri həbsxananın zorakılığın hökm sürdüyü illərin sonuncu izlərinin əlamətidir. Hazırda Folsom həbxsanası məmurlarının “mülayim” hesab etdikləri məhkumların saxlanıldığı ciddi rejimli həbsxanadır. 4 il ərzində Folsomda bıçaqlanma nəticəsində həyatdan məhrum edilən olmayıb. Folsomun təqribən 3800 məhkumunun 500 nəfərini-qatillər, 250-uşaq xuliqanları, daha sonra müxtəlif növ zorlama, quldurluq, narkotik alveri və xırda oğurluğa görə məhkum edilənlər təşkil edir. Folsomda hazırda nəzərdə tutulduğundan 2 qat artıq məhkum saxlanılır.

Qədim həbsxananın dörddə bir milində Sakramentoda “Nyu Folsom” adı ilə tanınan Kaliforniya Dövlət Həbsxanası yerləşir və orada 3000 məhkum saxlanılır. Bu həbsxananın məhkumları nadir rast gəlinən cinayətləri törədən şəxslərdir: zorakı cinayətlərə görə məhkum edilənlər, cinayətkar dəstələrin başçıları, rejim qaydalarına qaydalarına qərəzli şəkildə tabe olmayan və buna görə digər müəssisələrdən keçirilən məhkumlar. Nyu Folsom həbsxanasının qranit divarları yoxdur. O, ölümcül təsirə malik olan 5100 volt gərginliyə malik hasar və onların arasında yerləşən “ölümcül məftilli çəpər”ə malikdir. Nyu Folsomun arxitekturası bitkin və futuristdir. Kameraların pəncərə çərçivələri ensiz, binaların heç bir diqqət cəlb etməyən fasadı isə boz və hamardır. Məhkumların 1∕3 hissəsi ömürlük məhkum olunmuşlardır. 1000-dən artıq məhkum bir cinayət törətmişdir. 500 nəfər silahlı qarət və 200 nəfər ölümlə nəticələnən silahlı basqınlarda təqsirləndirilərək məhkum olunmuşdur.

Nyu Folsom həbsxanasının inşasının tamamlanmamasına baxmayaraq orada məhkumlar yerləşdirilirdi. Həbsxana yalnız 1987-ci ildə tam tikilib qurtarmışdı, ancaq artıq dolu idi. Nyu Folsom həbxanasında bəzi hallarda 300-ə yaxın məhkum idman zallarında saxlanılırdı. Qədim Folsomda və Kaliforniyanın cəza-icra sisteminin digər həbsxanaları kimi Nyu Folsomda nəzərdə tutulduğundan 2 dəfə artıq məhkum saxlanılırdı. Son 20 il ərzində Kaliforniya ştatında 21 yeni həbsxana inşa edildi, bəzi müəssisələrdə kameraların sayı 1000-ə çatdırıldı və məhkumların sayı 8 dəfə artdı. Yüngül cinayət törətmiş şəxslər sayı artan məhkumların əsas hissəsini təşkil edirdi. Bu gün məhkum olunmuş narkotik istifadəçilərinin sayı 1978-ci ildə digər cinayətlərdə məhkum edilən şəxslərdən 2 dəfə artıqdır. Hazırda Kaliforniya ştatı Qərb aləmində ən böyük həbsxana sisteminə malikdir. Bu ştatda ümumilikdə Fransa, Böyük Britaniya, Almaniya, Yaponiya, Sinqapur və Niderland kimi ölkələrin təcridxana və həbsxanalarında saxlanıldığından daha çox məhkum saxlanılır. Kaliforniya ştatında gələcəkdə il ərzində 1 yeni həbsxana inşa etmək planlaşdırılır.

Müasir günümüzdə ABŞ-da barmaqlıqlar arxasında 1,8 milyon saxlanılır: federal həbsxanalarda 100.000, ştatların həbsxanalarında 1.1 milyon və dairə həbsxanalarda 600.000 məhkum cəza çəkir. Həbsxanalarda saxlanılan məhkumlar federal xarakterli və ya ştatların qanunvericiliyi ilə təqib edilən cinayətlərdə təqsirli bilinən şəxslərdir. Təcridxanalarda isə məhkəmə hökmünün icrasını gözləyən və ya qısa-müddətli cəzaya məhkum olunmuş şəxslər saxlanılır. ABŞ-da dünyanın istənilən ölkəsində olduğundan çox sayda, hətta kommunist rejimli Çindən yarım milyon artıq şəxs cəza çəkir. Amerikada o qədər çox məhkum edilmiş şəxs vardır ki, ümumilikdə Atlanta, Sent Luis, Pitsburq, De Moyn və Mayaminin barmaqlıqlar arxasında saxlanılan əhalisini təsəvvür etsək, bunu başa düşmək çətin olur. “Həbs axını” adı ilə nəşr ediləcək kitabın müəllifi Mark Mauer demişdir: “Biz böyük ictimai eksperimentə başlamışıq. Onu deməliyəm ki, tarix boyu heç bir cəmiyyətdə cinayətkarlığa nəzarəti həyata keçirmək üçün bu sayda vətəndaş həbs edilməmişdi”. XX əsrin ilk üç rübü ərzində əhalinin həbs reytinqi nisbətən stabil idi və demək olar ki, hər 100 000 nəfərə 110 məhkum düşürdü. 1970-cı ilin ortalarında bu göstərici artmağa başladı və 1980 və 1990-cı illərdə isə daha da yüksəldi. İndi hər 100 000 nəfərə 445 nəfər düşür və hər 100 000 yetkinlik yaşına çatmayan oğlanın 1100 nəfərini məhkum təşkil edir. Son 20 ildə Birləşmiş Ştatlarda təxminən 1000 yeni həbsxana və təcridxana inşa edilmişdi. Buna baxmayaraq, Amerika həbsxanaları hazırda inşalar başlanılan dövrdə olduğundan da izdihamlıdır və məhkumların sayı ildə 50.000-dən 80.000-ə qədər artmağa davam edir.

İqtisadçı və hüquqşünas alim Maykl K.Blok hesab edir ki, Amerikanın mühakimə siyasəti hələ kifayət qədər möhkəm deyil və ABŞ-da bu sayda şəxsi həbs edilməsini belə izah etmişdir:”Cinayət törədən şəxslərin sayı hədsiz çox olduğundan, məhkumların sayı da çoxdur”. Həqiqətən də, həbsxanalarda quldurluğa görə məhkum edilmiş 150 000, qəsdən adam öldürməyə görə məhkum edilmiş 125 000 və cinis cinayətlərə görə məhkum edilmiş 100 000 nəfər cinayətkar cəza çəkir. Bu şəxslərin cəmiyyətdən təcrid edilməsinə ehtiyac duyulduğunu çoxları qəbul edir. ABŞ-da zorakı cinayətkarlığın səviyyəsi bəzi illərin aşağı göstəricilərinə baxmayaraq, Qərbi Avropanı hələ də üstələyir. Həbsxanaların sayının artırılması nəticəsində il ərzində bir həbsxanaya salınan cinayətkarların aşağı düşdü. 1980-ci ildə ştatların həbsxanalarında saxlanılan şəxslərin yarısını zorakı cinayətlərə görə məhkum edilənlər təşkil edirdi. 1995-ci ildə isə, məmkumların 1∕3 hissəsi zorakı cinayətlər törətməkdə ittiham edilmiş şəxslər idi. Amerika məhkumlarının sayının böyük artımı yüngül cinayət törətmiş şəxslərin azadlıqdan məhrumetməyə məhkum edilməsi ilə izah oluna bilər. Digər ölkələrdə ictimai işlər, cərimə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ilə sonuclanan cinayətlər Birləşmiş Ştatlarda azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayətlərlə mübarizə başlayandan 30 il sonra ABŞ həbsxana-sənaye kompleksi – əsas ehtiyaclar nəzərə alınmadan həbsxana xərclərini artırmağa meylli olan bürokratik, siyasi və iqtisadi maraqların birləşməsidir. O, ABŞ-da həbsxana tikintisinə fasiləsiz təkan verən xüsusi maraqlar qrupudur. 1991-ci ildən bəri ABŞ-da cinayətkarlığın səviyyəsi 20% azaldığı halda, həbsxana və ya təcridxanalarda saxlananların sayı 50% artdı.

Həbsxana-sənaye kompleksinin işçi qüvvəsi məhkumlar – kasıblar, evsizlər, ruhi xəstələr, narkotik alverçiləri, narkomanlar, alkoqolizmdən əziyyət çəkənlər, müxtəlif növ psixopatlardır. ABŞ-dakı məhkumların 70%-i savadsızdır. Məhkumların 200,000-i ruhi cəhətdən xəstədir. Tibbi müalicəyə ehtiyacı olan 10 məhkumdan cəmi biri üçün müvafiq müalicə təmin edilirdi. Məhkum edilmiş Afrika mənşəli cinayətkarların say nisbəti son 20 ildə cüzi dəyişikliklərə uğrayıb. Narkotiklərlə bağlı cinayətlərə görə məhkum edilmiş Afrika mənşəli məhkumların sayı isə 3 dəfə artıb. Ağdərililərlə qaradərililərin qanunsuz olaraq narkotikdən eyni dərəcədə istifadə etməsinə baxmayaraq, qaradərililər bu cinayətə görə 5 dəfə artıq məhkum edilirlər. Beləliklə, ABŞ məhkumlarının təxminən yarı hissəsini qaradərililər təşkil edir. Hər 14 qaradərili şəxsdən biri hazırda ya həbsxanada, ya da təcridxanada saxlanılır. Hər 4 qaradərilidən biri həyatında heç olmasa, bircə dəfə məhkum edilmişdir. 1 il və ya artıq müddətə məhkum edilmiş qadınların sayı 1970-ci ildən bəri 12 dəfə artmışdı. Həbsdə saxlanılan 80 000 qadının təxminən 70%-i qeyri-zorakı cinayətkarlardır. Qadınların demək olar ki, 75%-nin uşağı var.

Mənbə: http://www.theatlantic.com/doc/199812/prisons

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO